Məhkəmə qərarları › İş №3(039)-1110/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1110/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1110/2022 22.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı dindirilmiş ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Ağıl və şüur zəifliyindən əziyyət çəkmir, psixi xəstəliyi yoxdur. Hər hansı bir ruhi-əsəb dispanserində və narkoloji kabinetdə qeydiyyatı yoxdur. 2021-ci ildə bəri narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan heroin istifadə edir. 17 sentyabr 2022-ci il tarixdə saat 20:50 radələrində yaşadığı evin yerləşdiyi evin yaxınlığında yerləşən küçədə, Yevlax şəhəri C.Cabbarlı küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demiş və Yevlax rayon polis şöbəsinə dəvət etmişdirlər. Yevlax RPŞ-də öz seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ona müdafiəçi təyin edilmiş, 17 sentaybr 2022-ci il tarixdə saat 21:45-dən saat 22:15-dək Yevlax RPŞ-də vəkili X1 iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən, yəni əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə keçirilən zaman üzərimdən aşkar edilərək götürülümüş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur. O, xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülümüş narkotik vasitə ola qurudulmuş marixuananı təxminən bir ay bundan əvvəl yaşadığı evin yaxınlığında yerdən tapmışdır. O, xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülümüş narkotik vasitə - qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. O, narkotik vasitə - qurudulmuş marixuana istifadəçisidir. O, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamışdır. O, keç kimə narkotik vasitə satmamışdır. Həmçinin həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə satmamışdır.Əməlindən səmimi peşmancılığını bildirərərk barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X5 çıxış edərək bildirmişdir ki, xx.xx.1983-cü ildə Ermənistan respublikasının Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs qəsdən satış məqsədi olmadan özünün istifadə etməsi üçün qanunsuz olaraq təmiz çəkisi 0,18 qram şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 17 sentyabr 2022-ci il tarixdə saat 20:50 –də Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Cabbarlı küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 21:45-dən 22:15-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində Şəxs əynindəki şalvarın sağ yan cibindən onun qəsdən satış məqsədi olmadan öz şəxsi istifadə si üçün qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,18 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma zamanı yaranır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 06 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Yevlax rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X4 tərəfindən 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinatət işi başlanmışdır. inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X3 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat məbləğində cərimə edilsin Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar