Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1118/2022 29.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” müzeyinin qarşısında DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nin DYPB-nin polis inspektorları Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” müzeyinin qarşısında təşkil olunan “yeni il” şənliyi zamanı hərəkətin təhlükəsizliyini təmin etmək üçün xidmət aparan zaman “VAZ 21104” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil orada dayanan YMH-nin və TTTY-nin avtomobillərinin qarşısında saxlayaraq onların hərəkətinə maneəçilik törətmişdir. Bu səbəbdən YPX inspektorları həmin avtomobilin sürücüsünə yaxınlaşaraq ondan avtomobilini başqa bir yerdə saxlamasını tələb etdik də, sürücü avtomobilini götürməyəcəyini bildirərək səs-küy salmışdır. Bundan sonra YPX inspektorları həmin sürücünü nizam-intizama dəvət edərək səsküy salmamağı və avtomobilini uzaqlaşdırmasını tələb etmişlər. Lakin sürücü öz hərəkətlərinə davam etdiyi üçün YPX inspektorları rayon polis şöbəsinin PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. PPXB-nin əməkdaşları gəldikdən sonra həmin sürücünü rayon polis şöbəsinə aparmışlar və şöbədə həmin şəxsin Yevlax rayonu Malbinəsi kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, Yevlax rayonu Malbinəsi kəndindən yaşayır. xx.xx.2022-ci il tarixdə hər iki ayaqları olmayan həmkəndlisi ondan özünə məxsus avtomobili ilə onu Yevlax şəhərində təşkil olunan “yeni il” şənliyi konsertinə aparmasını xahiş etmişdir. O, həmin şəxsi özünə məxsus avtomobil ilə Yevlax şəhərinə gətirib konsert təşkil olunan yerdə düşürdüb öz işlərinin arxasınca getmişdir. Bir müddət sonra həmin şəxs ona zıng edərək gəlib onu götürməsini xahiş etmiş. O, konsert təşkil olunan yerə gəldikdə avtomobillərin sılıq olması səbəbindən avtomobilini konsertin əhlikəsizliyini təmin edən YMH-nin və TTTY-nin avtomobillərinin qarşısında saxlamışdır ki, həmkəndlisi olan əlil şəxsi götürsün. Bundan sonra YPX əməkdaşları ona yaxınlaşaraq avtomobili dərhal həmin ərazidən götürməsini tələb etdikdə o, inspektorlara əlil şəxi götürüb gedəcəyini bildirmişdir. Lakin inpektorlar israrla ondan avtomobili kənara çəkib sonra həmin şəxsi götürməyi tələb etdikdə o, əsəbləşərək səs-küy salmışdır. Bundan sonra polis əməkdaşı onu nizam-intizama dəvət etsələr də, o, əsəblərini cilovlaya bilmədiyi üçün öz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində həbslə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Yevlax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə post yoldaşı X5 ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” müzeyinin qarşısında təşkil olunan “yeni il” şənliyi zamanı hərəkətin təhlükəsizliyini təmin etmək üçün xidmət aparan zaman “VAZ 21104” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil orada dayanan YMH-nin və TTTY-nin avtomobillərinin qarşısında saxlayaraq onların hərəkətinə maneəçilik törətmişdir. Bu səbəbdən onlar həmin avtomobilin sürücüsünə yaxınlaşaraq ondan avtomobilini başqa bir yerdə saxlamasını tələb etdik də, sürücü avtomobilini götürməyəcəyini bildirərək səs-küy salmışdır. Bundan sonra onlar həmin sürücünü nizam-intizama dəvət edərək səs-küy salmamağı və avtomobilini uzaqlaşdırmasını tələb etmişlər. Lakin sürücü öz hərəkətlərinə davam etdiyi üçün YPX inspektorları rayon polis şöbəsinin PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. PPXBnin əməkdaşları gəldikdən sonra həmin sürücünü rayon polis şöbəsinə aparmışlar və şöbədə həmin şəxsin Yevlax rayonu Malbinəsi kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X5 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” müzeyinin qarşısında DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta xx.xx.2022-ci il tarixdə saat 21:10-dan tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin, Şəxs özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1118/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1118/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver