Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-112/2020 20.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X7, X2nın, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri, D.Qorqud küçəsi ev 38-də qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2670/2018 saylı, xx.xx.2018-ci il tarixli il icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixə 5040 manat aliment borcu var. izahatı alınmış və ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Hazırda borclu Şəxs bu günə olan borcu 5040 manat təşkil edir. Hazırkı tarixədək yaranmış aliment borcu borclu tərəfindən ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra şöbəsinin icra məmuru X9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Şəxs xx xxxx 2009-cu il təvəllüdlü oğlu X5 və xx xxxxxx 2011-ci il təvəllüdlü qızı X1 üçün tutulmuş alimentin miqdarı artırılaraq xx xxx 2018-ci il tarixdən hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat aliment alınıb iddiaçı X3 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilmişdir. Hazırda 400 manat tələbkarın xeyrinə ödəniş etdiyini və qalıq borcunu ayda 500 manat olmaqla ödəyəcəyini qeyd etmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X2 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Şəxs qərəzli olaraq icra sənədi üzrə öhdəliklərini icra etməkdən yayınır. xx.xx.2020-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsində mövcud borcundan 400 manat ödəniş etmişdir. Şəxs aliment borcunu istəsə də, onun inzibati məsuliyyətə cəlb edilməməsini xahiş etdi. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, əvvəl Ukrayna Respublikaında yaşamışdır və hazırda ağır dərəcəli onkoloji xəstə olduğundan Azərbaycan Respublikasına mualicəyə gəlmişdir. Əvvəl aliment borcunu mütəmadi olaraq ödəmişdir. Lakin tələbkar uşaqları ona göstərmədiyindən o, alimenti bir müddət ödəməmişdir. Onun Azərbaycan Respublikasında olmadığından Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2670/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən məlumatsız olduğunu və icraata başlama haqqında bildirişi xx.xx.2020-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsində aldığını, hazırda 400 manat tələbkarın xeyrinə ödəniş etdiyini və qalıq borcunu ayda 500 manat olmaqla ödəyəcəyini qeyd etmişdir. Göstərilənləri nəzərə alıb barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2670/2018 saylı, xx.xx.2018-ci il tarixli il icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxx 2009-cu il təvəllüdlü oğlu X5 və xx xxxxxx 2011-ci il təvəllüdlü qızı X1 üçün tutulmuş alimentin miqdarı artırılaraq xx xxx 2018ci il tarixdən hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat aliment alınıb iddiaçı X3 xeyrinə ödənilməlidir; xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)- 2670/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borcu cəmi 5040 manat təşkil edir. AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2670/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından şikayət verməklə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-112/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-112/2020
20.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver