Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1141/2024 15.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayonu Polis şöbəsinin İTB-nin polis sahə rəisi X5, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 protokolun məzmununa uyğun çıxış edərək vətəndaş barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilmədiyini, polisin qanuni tələbinə tabe olduğunu bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Tofiq Cəfərov ilə birlikdə xidmətdə olan zaman cinayət işi üzrə şübhəli olan Şəxs Yevlax şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşaraq cinayət işinin isitintaqı ilə əlaqədar onlarla polis şöbəsinə getməli olduğunu bildirsələr də, Şəxs polis şöbəsinə getməkdən imtina edərək aqressiv şəkildə hərəkətlər etməyə başlamışdır. Polis əməkdaşları sonuncunu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X3 Cəlilzadə ilə eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 xx.xx.2024-cü il tarixdə Şəxs ilə birgə olduğunu, polisin zəngindən sonra onunla birgə “Təbiət” şadlıq sarayının yanına getdiklərini, polis əməkdaşları ona yaxınlaşan zaman həmin ərazidə olduğunu bildirmişdir. Polis əməkdaşları ilə Nəcəfin söhbət etdiklərini görsə də, səslərini eşidəcək qədər yaxın məsafədə olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin peşmançılığı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10(on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 15 oktyabr 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1141/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1141/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver