Məhkəmə qərarları › İş №3(039)-1147/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1147/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1147/2025 10.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X16 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax şəhəri Yevlax Rayon Polis İdarəsinin Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X9, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1990-ci ildə Buxaravil-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhəri Cəfər Cabbarlı ev 5 mənzil 7 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yevlax Rayon Polis İdarəsi PŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X3 1 iyul 2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Yevlax Rayon RPŞ-nin İTB -nın polis sahə inspektoru X12 tərəfindən MN seriyalı ******* nömrəli, 10 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə,saat 23 radələrində Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində X6 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax RPŞ-nin İTBnin polis sahə rəisi X12 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə X11 DİN-nin “102” xidməti zəng mərkəzinə zəng edərək Gülü adlı şəxsin onu və 6-cı sinifdə oxuyan oğlunu təhqir etməsini, boyunbağısının qırılmasını, oğlunu itələməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTByə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 10 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Yevlax şəhəri C.Cabbarlı küçəsi bina 5, mənzil 7-də anası X10 və 2 azyaşlı övladı ilə birlikdə yaşayır. X6 əvvəlcədən tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamış, təxminən 15 gün əvvəl X2 Kamranlının onun oğlu Murad Camalova göyərçin satmaq istəmiş, lakin, o.buna icazə verməmişdir.Rəqsanə Əliyeva yaşadığı evə gələrək nalayiq ifadələr işlətmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində gəlinləri X13 ilə küçə ilə gedərkən Rəqsanə Əliyevanın onları görüb, onun ünvanına nalayiq ifadələr işlətmiş, üzərinə hücum etmiş, onun yanında olan azyaşlı oğlu Tunar Kamranlının atdığı daş onun sifət nahiyəsinin sağ tərəfinə dəyib xəsarət yetirmişdir. Həmin vaxt, əli ilə Rəqsanə Əliyevanı özündən kənarlaşdırmaq istəyərkən əlinin onun boyunbağısına ilişmiş və boyunbağının qırılmışdır. Dırnağının onun sinə nahiyəsinə dəyib-dəyməməsini bilməmiş, amma onun qol nahiyəsinə və ya digər yerlərinə heç bir xəsarət yetirməmişdir. Baş vermiş mübahisəni həmin vaxt orada olan tanımadığı polis əməkdaşları da görmüşdür. Əvvəllər bir neçə dəfə Rəqsanə Əliyevanın əri Anar Kamranov ona nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı Rəqsanə Əliyevanın ona heç bir xəsarət yetirməmişdir. Etdiyi əməldən peşmandır, himayəsində azyaşlı övladı var. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 bildirmişdir ki, o, X6 əvvəlcədən tanımış, onunla heç bir ədavət və düşmənçiliyinin olmamış, təxminən bir neçə gün əvvəl onun oğlu X7 əlində göyərçin gedərkən X1 Tunar Kamranlının göyərçini hara apardığını soruşduqda, göyərçini satmağa apardığını bildirmişdir. Şəxs ona həmin göyərçini onun oğluna 4 manata satmağı təklif etdiyi üçün T.Kamranlı göyərçini ona verib, növbəti gün onun yaşadığı ünvana gedib, göyərçini pulunu istəyərkən, Şəxs ona nalayiq ifadələr işlətmiş, oğru olduğunu bildirmiş və göyərçini ona qaytarmadığını demişdir. O, oğlunun Şəxs onu təhqir etməsi barədə məlumat verdiy üçün Şəxs yaşadığı evin qarşısından keçərkən ona nəyə görə azyaşlı uşağı təhqir etməsini soruşduqda, onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün oradan uzaqlaşıb öz yaşadığı ünvana getmişdir. Rəqsanə Əliyeva 11 iyun 2025-ci il tarxdə, saat 23 radələrində uşaqları Kamranlı Tunar və Yağmurla mağazadan öz yaşadığı evə gedərkən yolda Şəxs ilə qarşılaşmış, həmin vaxt onun yanında olan qardaşı arvadı Aygün adlı şəxsin ona salam verən zaman Şəxs yenidən onun ünvanına nalayiq ifadə işlədərək, üstünə gəlmiş, əli ilə onun sinə və sol qoluna xəsarət yetirmiş və həmin vaxt ona məxsus boyubağının Şəxs əlinə ilişib qırılıb yerə düşüb itdiyini bildirmişdir. O, həmin yerdə olan tanımadığı şəxsin onları sakitləşdirmişdir. Münaqişə baş verən yerə gələn polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişdir. Münaqişə zamanı Şəxs vurmamış və ona heç bir xəsarət yetirməmiş, münaqişə zamanı 1500 manat dəyərində qızıl boyunbağısı itmişdir. Gülcöhrə ilə barışmamış və barışmaq fikri də yoxdur. O, əsas ona vurulmuş olduğu ziyanı tələb edir. Cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini qismən etirafedici izahatını, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 306 nömrəli rəyindən görnür ki, X4 bədənində aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthinin, sol saidin aşağı 1/3-nin arxa səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Sağlamlığa zərər vurmadığı üçün qeyd edilən xəsarətlərin dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 308 nömrəli rəyindən görnür ki, X7 bədənində aşkar edilmiş xəsarət – sol baldırın aşağı 1/3-nin yan səthinin sağ əlin iç səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Sağlamlığa zərər vurmadığı üçün qeyd edilən xəsarətlərin dərəcəsi təyin edilmir; Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı X3 01 iyul 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Gülcöhrə adlı qadının barəsində İXMin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir. İXM-in 36.3-cü maddəsinə əsasən, inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə ziyanla bağlı hazırki iş üzrə zərərçəkmiş şəxsin mülki qaydada iddia vermək hüququnun olduğunu qeyd edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, Şəxs qadın olmasını, himayəsində yetkinlik yaşına çatmayan 9 və 7 yaşlı uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarılmış çıxarış) İXM-in 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar