Məhkəmə qərarları › İş №3(039)-1148/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1148/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1148/2025 14.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X10 Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs qızının, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs,müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, bir müddətdir ayrı yaşadıqlarını, arvadı ilə barışmaq üçün övladı Ləmanla birlikdə Aynurənin iş yerinin qabağına, yəni Yevlax şəhəri ərazisində yeni inşa edilmiş İdman Kompleksinin ərazisinə getdiyini bildirmişdir. Onun Aynurəni döymək və ya xəsarət yetirmək kimi bir niyyəti olmamışdır. O, sadəcə ailəsini bərpa etmək üçün Aynurə ilə danışmaq istəmiş və barışmaq üçün onun qolundan tutaraq evə gəlməsini bildirmişdir. Ona heç bir xəsarət yetirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, Şəxs özünü təqsirli bilmir. Onun xəsarət yetirmək fikri olmamış, yeganə niyyəti ailəsini bərpa etmək olmuşdur. İşdə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X2 Bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Münasibətləri pisləşdiyindən 2025-ci ilin mart ayından etibarən onlar ayrı yaşayır. O, Yevlax şəhəri ərazisində yeni inşa edilmiş İdman Kompleksində işləyir. xx.xx.2025-ci il tarixdə səhər saat 10:00-radələrində işə çatarkən yoldaşı İlhamın orada olduğunu görmüş, bu zaman ilham onun yanına gələrək onun qolundan tutub dartmağa, barmaqlarını qatlayıb sıxmağa və onu zorla aparmağa çalışmışdır. İlhamdan şikayətçidir və onunla barışmayıb. Odur ki, İlhamın barəsində ciddi cəza tədbiri görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 çıxış edərək bildirmişdir ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində atası Şəxs anası Zərərçəkmiş şəxs işlədiyi Yevlax şəhərində İdman Kompleksiyasının yanında zorla özü ilə aparmağa çalışmış, qolundan dartmış, barmaqlarının sıxmışdır, anası isə müqavimət göstərmiş, getmək istəməmişdir. Daha sonra atası polis maşınını gördükdə anasının telefonunu özü ilə apararaq ordan uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X11 300 nömrəli xx.xx.2025-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol bazunun orta 1/3-nin iç səthinin qançırı küt alətin, ola bilsin dırnağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə İXM-nin 32.2-ci maddəsini əsas götürərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, habelə məhkəmə iclas zalında üzr istəyərək zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini də şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 2 (iki) saat hüquqi yardım üçün 22,0 manat məbləğində pulun ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar