Məhkəmə qərarları › İş №3(039)-115/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-115/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-115/2021 11.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi gömrük postunun böyük inspektoru X3 iştirakı ilə, “xxxx” MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən Yevlax Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş protokolda qeyd olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına Türkiyə Respublikasından xx xxxxxx 2021-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 61AAG536/61K1591 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 20870 ədəd “Peyvənd edilmiş, açıq köklü, yeməli bar verən badam tingləri” yükü xx xxxxxx 2021-ci il tarixli, **********6335 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “xxxx” MMC-nin ünvanına 61AAG536/61K1591 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi gömrük postunun böyük inspektoru X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq qeyd olunan MMC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, “xxxx” MMc-nin ünvanına xx xxxxxx 2021-ci il tarixdə 61AAG536/61K15591 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 20870 ədəd “Peyvənd edilmiş, açıq köklü, yeməli, bar verən badam tingləri” yükünə səhlənkarlıq səbəbindən elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilmədiyini bildirmişdir. xx xxxxxx 2021-ci il tarixli, 11000-0111/21 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına Türkiyə Respublikasından xx xxxxxx 2021-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 61AAG536/61K1591 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 20870 ədəd “Peyvənd edilmiş, açıq köklü, yeməli bar verən badam tingləri” yükü xx xxxxxx 2021-ci il tarixli, **********6335 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “xxxx” MMC-nin ünvanına 61AAG536/61K1591 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Təqdim olunmuş sənədlərdə müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına Türkiyə Respublikasından xx xxxxxx 2021-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 61AAG536/61K1591 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 20870 ədəd “Peyvənd edilmiş, açıq köklü, yeməli bar verən badam tingləri” yükü xx xxxxxx 2021-ci il tarixli, **********6335 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “xxxx” MMC-nin ünvanına 61AAG536/61K1591 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də “xxxx” MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “xxxx” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “xxxx” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114- 115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. üzdür” Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar