Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-115/2023 28.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən 23 yanvar 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 2000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X2 xx.xx.2023-cü il tarixdə anası Surəyyə Musayevanın icarəsində olan ərazidən bir ədəd köküstə yaş ağacı dib kökündən kəsmiş, beş ədəd tut ağacının budaqlarını budamaqla zədələmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən 23 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə X2 2000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat vermiş və qərar əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X2 xx.xx.2023-cü il tarixdə anası Surəyyə Musayevanın icarəsində olan ərazidən bir ədəd köküstə yaş ağacı dib kökündən kəsmiş, beş ədəd tut ağacının budaqlarını budamaqla zədələməsi halı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinmişdir. X2 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-115/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-115/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver