Məhkəmə qərarları › İş №3(039)-1151/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1151/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1151/2025 05.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin baş tədqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 Şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs ASC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli 1024/СМНГ-1537079D saylı müqavilə əsasında xx.xx.2024-cü il tarixli **********6227 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 780000,00 ABŞ dolları olan “50 ton qaldırma qabliyyəti olan UPT1 50 madeli özüyeriyən qaldırıcı qurğu (sökülmüş halda 3 komplekt qaldırıcı qurğu) yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş və Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixli **********6227 saylı gömrük bəyannaməsi üzrə ixrac olunan yükün dəyərinin 779278,50 ABŞ dolları ASC-nin müvəkkil bank hesabınadaxil olmuş 721,50 ABŞ dolları isə malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bankdakı hesabına köçürülməmişdir. Şəxs ASC tərəfindən məhkəməyə DGK-nın Gəncə Gömrük İdarəsinin Şəxs ASC barəsində tərtib etdiyi xx.xx.2025-ci-ci il tarixli, 00900-00233/25 saylı protokoluna etiraz ünvanlanaraq bildirmişdir ki, Azərbaycan Respublikası DGK-nın Gəncə Gömrük İdarəsi Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərk baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası DGK-nın Gəncə Gömrük İdarəsi İnzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi göstərilmişdir ki, Gəncə Gömrük İdarəsi, X7 Əməlliyyat və Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1600/019/002108 saylı raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən xx.xx.2024 - cü il tarixli, 1024/CMНГ1537079D nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli **********6227 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 780000.00 ABŞ dolları olan “50 ton qaldırma qabiliyyəti olan UPT1-50 modeli özüyeriyən qaldırıcı qurğu (sökülmüş halda 3 komplekt qaldırıcı qurğu) ” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. ”Azneftemaş” ASC tərəfindən 18.102024-cü il tarixli **********6227 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 779278.50 ABŞ dolları xx.xx.2024-cü il tarixdə ASC-nin müvəkkil bank hesabına daxil olmuş 721.50 ABŞ dolları isə malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası DGK-nın Gəncə Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol əsassızdır, tərəflərindən heç bir inzibati xəta törədilməmişdir. Belə ki, xx.xx.2024- cü il tarixli,1024/CMНГ1537079D saylı müqavildə ödənişlər ABŞ dolları ilə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə də ödənişlər edilən zaman həmin tarixə hansı ölkənin məzənnəsinə uyğun olaraq həyata keçirilməsi qeyd olunmadığından ödəniş məbləği Azərbaycan Respublikası Mərkəzi bankının həmin tarixə olan məzənnəsinə uyğun hesbalmış, qarşı tərəf isə ödənişi həyata keçirən zaman həmin tarixə Rysiya Federasiyasının Mərkəzi bankının həmin tarixə olan məzənnəsinə uyğun olaraq ödəniş etmişdir. Ona görə də hazırda ixrac edilmiş mallarla bağlı hesabına köçürülən məbləğ arasına 721.50 ABŞ Dolları məbləğində fərq yaranmışdır. Göründüyü kimi müqavilə üzrə malları gömrükdən rəsmiləşdirdiyi zaman qiyməti həmin vaxt Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəsinə uyğun (ABŞ Dolları) olaraq müəyyən edərək malları göndərmişlər. Qarşı tərəf də ixrac edilən malın ödənişini həyata keçirəndə isə özlərinin yəni Rysiya Federasiyasının Mərkəzi bankının həmin tarixə olan məzənnəsinə uyğun olaraq ödəniş etmişdir. Hazırda 721.50 ABŞ dolları məbləğində ixrac edilmiş malın dəyərinin bəyan edildiyi gündən 180 gün keçməsinə baxmayaraq ixracatçının hesabına köçürülməməsi mövcud deyildir. Həmin 721.50 ABŞ dolları məbləğində pul elə iki ölkə arasında məzənnə fərqindən ortaya çıxan fərqdir. Yəni bunu məyyən etmək heç də çətin bir hal deyildir. (2024cü ilin oktyabr ayı üzrə (ödənilib 75.701.340 rubl:97.0530=78 0000 ABŞ Dollar) Göründüyü kimi Şəxs ASC tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Bunun əksini sübut edən iş materiallarında hər hansı sübut yoxdur. Ona görə də hesab edir ki, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərilən işin hallarını maddi və prosesual hüquq normalarını rəhbər tutaraq, Məhkəmədən, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin baş tədqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixli 1024/СМНГ-1537079D saylı müqavilə əsasında xx.xx.2024-cü il tarixli **********6227 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 780000,00 ABŞ dolları olan “50 ton qaldırma qabliyyəti olan UPT1 50 madeli özüyeriyən qaldırıcı qurğu (sökülmüş halda 3 komplekt qaldırıcı qurğu) yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş və Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixli **********6227 saylı gömrük bəyannaməsi üzrə ixrac olunan yükün dəyərinin 779278,50 ABŞ dolları ASC-nin müvəkkil bank hesabınadaxil olmuş 721,50 ABŞ dolları isə malların bəyan edildiyi gündən 180 gün ərzində xaricdən qaytarılmamışdır. Göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Şəxs ASC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Şəxs ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, ölkələr arasında valyuta məzənnəsində olan fərqə görə 721,50 ABŞ dolları məbləğində vəsait xaricdən qaytarılmamışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 00900-00233/25 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixli 1024/СМНГ-1537079D saylı müqavilə əsasında xx.xx.2024-cü il tarixli **********6227 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 780000,00 ABŞ dolları olan “50 ton qaldırma qabliyyəti olan UPT1 50 madeli özüyeriyən qaldırıcı qurğu (sökülmüş halda 3 komplekt qaldırıcı qurğu) yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş və Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixli **********6227 saylı gömrük bəyannaməsi üzrə ixrac olunan yükün dəyərinin 779278,50 ABŞ dolları ASC-nin müvəkkil bank hesabınadaxil olmuş 721,50 ABŞ dolları isə malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bankdakı hesabına köçürülməmişdir. Gömrük Xidmətinin Konsiqnasiyaya nəzarət vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, xaricdən qaytarılmamış qalıq 721,50 ABŞ dolları məbləğində valyuta vəsaiti təşkil edir. Məhkəmə, Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin baş tədqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 və Şəxs ASC-nin nümayəndəsi X2 izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 721,50 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar