Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1152/2025 23.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X5 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Azərbaycan Respublikası DGK-nın Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00232/25 nömrəli 07 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Gəncə Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına İtaliya Respublikasından idxal olunan və 77EN516/99ZJ798 nömrə nişanlı nəqliyyat vasitəsində daşınan “Quşçuluq avadanlığının hissələri” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə 3-33- 1600/019/001401 nömrəli xx.xx.2025-ci il tarixli raport daxil olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına İtaliya Respublikasından idxal olunan və 77EN516/99ZJ798 nömrə nişanlı nəqliyyat vasitəsində daşınan “Quşçuluq avadanlığının hissələri” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilməmişdir. Belə ki, baxış zamanı Şəxs MMC ünvanına xx.xx.2025-ci il tarixdə 77EN516/99ZJ98 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gələn “quşçuluq avadanlığının hissələri” yükünə dair xx.xx.2025-ci il tarixli **********1934 nömrəli qısa idxal bəyannaməsi malların gömrük ərazisinə gətirilməzdən 3 gün əvvəl təqdim edildiyi və qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin qoşqusunun nömrəsi (99ZJ798) qeyd edildiyi müəyyə edilmişdir. "xxxx" MMC-nin direktoru X3 xx.xx.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində verdiyi izahatında xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nn adına İtaliya Respublikasından idxal olunan və 77EN516/99ZJ798 nömrə nişanlı nəqliyyat vasitəsində daşınan “Quşçuluq avadanlığının hissələri” yükünə xx.xx.2025-ci il tarixli **********1934 nömrəli qısa idxal bəyannaməsinin yazıldığını, sonradan MMC-nin nümayəndəsinin xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşına CMR-də nəqliyyat vasitəsinin qoşqusunun nömrəsinin düzgün qeyd edilmədiyini bildirdiyini və "xxxx" MMC-nin əməkadşının qeyd edilən yükə dair xx.xx.2025-ci il tarixli **********4275 saylı qısa idxal bəyannaməsi tərtib edərək gömrük orqanına təqdim etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, səlahiyətli orqanın nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(039)-1152/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1152/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver