Məhkəmə qərarları › İş №3(039)-1156/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1156/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1156/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X7 Əliyar oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, X6 protokolu tərtib etmiş orqanın nümayəndəsi Polis kaptanı X2, Barəsində X6 iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, (FİN-xxxxxxx), evli, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonunun Əkşən kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333-1.1-ci maddəsi ilə tərtib olunmuş X6 protokol üzrə X6 işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 09 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs 09 iyul 2025-ci il tarixdə saat 00:59-da “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Yevlax rayon Polis şöbəsinin X11 Bölməsinin YPX X4 izahatında bildirdi ki, 09 iyul 2025-ci il tarixdə saat 00:59 radələrində “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdir. Sürücü Şəxs hərəkətləri onlarda şübhə doğurduğundan Mingəçevir şəhər Narkoloji dispanserə aparılmışdır. Onun analizində marixuana aşkar edildiyi üçün barəsində 09 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X6 iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 09 iyul 2025-ci il tarixdə saat 00:59 radələrində “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Lakin həmin vaxt avtomobilini saxlamış, Yevlax rayon Polis şöbəsinin X11 Bölməsinin YPX inspektorları ona yaxınlaşmışlar və şübhələnərək müayinədən keçməsi üçün onu Mingəçevir şəhər Narkoloji dispanserə aparmışlar. Mingəçevir şəhər Narkoloji dispanserdə onun analizində marixuana aşkar edilmişdir. Mingəçevir şəhər Narkoloji dispanserdə onun analizində marixuana aşkar edilməsi barədə xx.xx.2025-c il tarixli aktın nəticələri ilə tanışlıq zamanı narazı olduğunu 42 yaşı olduğunu və bu günə kimi narkotik vasitələrdən istifadə etmədiyni bildirmiş və bu barədə akta qeyd etmişdir. Onun həmin günü ayıq olmasını təsdiq edən həkim müayinəsinin nəticəsi olan Reginal Hospitalın xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli, 1/2102 nömrəli aktları mövcuddur. Həmin sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs eyni zamanda bildirdi ki, polis əməkdaşlarına pul vermişdir və bu faktla bağlı prokurorluğa şikayət vermişdir. X6 protokolu tərtib etmiş orqanın nümayəndəsi Polis kaptanı X5 məhkəməyə DVD disk təqdim edərək izahatında göstərdi ki, Şəxs hərəkətləri şübhə doğurduğundan onun həkim müayinəsindən keçirilməsi üçün Mingəçevir şəhər Narkoloji dispanserə aparımışdır. Həkim rəyinə əsasən Şəxs barəsində X6 protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, 09 iyul 2025-ci il tarixdə saat 00:59 radələrində Şəxs “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Onlar Mingəçevir şəhərindən Yevlax şəhəri istiqamətində hərəkətdə olmuşlar. Şəxs idarə etdiyi avtomobili təbii ehtiyaclarını ödəmək üçün saxlamış və bu zaman X11 Bölməsinin YPX əməkdaşları avtomobilə yaxınlaşmışlar. Daha sonra Raufu müayinə üçün Mingəçevir şəhər Narkoloji dispanserə aparmışlar. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilən: Yevlax rayon Polis şöbəsinin X11 Bölməsinin YPX X4 tərəfindən tərtib olunmuş X6 09 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs İXM-in 333- 1.1-ci maddəsinə əsasən təqsirli bilinmişdir; Protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 1973 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs tibbi müayinə zamanı sidiyində marixuanna aşkar edilmişdir. (müayinənin vaxtı saat 00:55). Mingəçevir şəhərində yerləşən Regional Hospital klinikasının xx.xx.2025-ci il tarixli müayinə göstəricilərindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:51-də müayinə olunmuş, həmin tarixdə, saat 12:21-də təsdiq olunmuş nəticədə sonuncunun sidiyində THC (Marixuana) aşkar edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli tarixli aktından görünür ki, Şəxs tibbi müayinə zamanı sidiyində marixuanna aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində X6 iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından X6 iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mingəçevir şəhər Narkoloji dispanserinin xx.xx.2025-ci il tarixli, 1973 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs tibbi müayinəsi zamanı marixuana aşkar olmuşdur (müayinənin vaxtı saat 00:55). Həmin aktın qeyd hissəsində Şəxs Mingəçevir şəhər Narkoloji dispanserdə onun analizində marixuana aşkar edilməsi barədə aktın nəticələri ilə tanışlıq zamanı Şəxs narazı olduğunu 42 yaşı olduğunu və bu günə kimi narkotik vasitələrdən istifadə etmədiyni qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarının 3.6-ci bəndinə əsasən, müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. İş materiallarından göründüyü kimi barəsində X6 icraat aparılan şəxs müayinədən narazı olduğu təqdirdə, həkim-narkoloqlar tərəfindən tibbi müayinəni təşkil edən komisyon tibbi müayinə aparılmamışdır ki, bu da barəsində X6 iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunur. Bundan başqa barəsində X6 iş üzrə icraat aparılan şəxs Mingəçevir şəhər Narkoloji dispanserdə tibbi müayinədən sonra, yəni xx.xx.2025-ci il tarixdə, daha sonra xx.xx.2025ci il tarixdə tibbi yoxlamadan keçmiş və onda (sidiyində) narkotik vasitə hesab olunan maddə aşkar edilməmişdir. İXM-in: 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 76.2-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində X6 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X6 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarında olan fərqli müayinə aktları Şəxs avtomobili idarə edərkən narkotik vasitə təsiri altında olması faktını şübhə altında qoyur. İXM-in: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə təqdim olunan sənədlər ziddiyyətli olmaqla onun narko sərxoş olmasını şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 333-1.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs əməlində İXM-in 333-1.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan X6 iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X6 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X6 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş 09 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokola dair X6 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar