Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1157/2024 19.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət verərək, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax Ryon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-531/2024 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən X2 barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPBə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Məhkəmə qərarı Yevlax RPŞ-nə təqdim edildikdən sonra etibarnamə əsasında idarə etdiyi avtomobil cərimə meydançasından azad olunmuş, lakin ******* saylı inzibati xəta haqqında protokol elektron sistemdən silinməmişdir. DİN-nin rəhbərliyinə, DİN BDYPİ-nə, ”102” və “902” qaynar xəttlərinə etdiyi çoxsaylı şikayətlərindən sonra məlum olmuşdur ki, 20 avqust tarixində Yevlax RPŞ-nin DYPB-nin rəisi tərəfindən yeni qərar qəbul edilmiş, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul olunaraq baxılması üçün AR DİN BDYPİ-nə göndərilmişdir. İnzibati məsuliyyətə cəlbetmə barədə qərarı xx.xx.2024-cü il tarixdə imza etməklə Yevlax RPŞ-nin DYPB-dən əldə etmişdir. Protokol məlumatlarından və qərardan görünür ki, inzibati xətanın törədilmə tarixi xx.xx.2024-cü ildir, yəni hazırda mübahisələndirdiyi inzibati məsuliyyətə cəlbetmə barədə qərar məhkəmə qərarı əsasında Yevlax RPŞ-nin DYPB-də yenidən baxılma nəticəsində qəbul olunmuşdur. Bundan əvvəl İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə qərarı ilə ləğv olunmuş inzibati məsuliyyətə cəlbetmə barədə həmin qərarda İXM-nin 342.5-ci maddəsi göstərilməmişdir. İnzibati orqan tərəfindən daha öncə İXM-nin 342.5-ci maddəsinin pozuntusunu törətdiyi müəyyən olunmamışdır. Halbuki, hər iki pozuntu 342-ci maddənin tərkib hisssidir və buna görə də zər ikisi eyni vaxtda aşkar olunmalı, inzibati məsuliyyətə cəlbetmə barədə qərarda hər iki maddə sadalanmalı, İXMnin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xəta olan 342.2.2-ci maddəsində nəzərdə tutulan sanksiya çərçivəsində inzibati məsuliyyətə cəlb olunduğu göstərilməli idi, lakin polis orqanının məhkəmə tərəfindən ləğv olunmuşqərarında qeyd etdikləri müəyyən olunmur. Bu mənada polis orqanının vəzifəsi məhkəmənin göstərişlərinə uyğun olaraq İXM-nin 342.2.2-ci maddəsinin onun (şikayətçi) tərəfindən pozulub-pozulmaması istiqamətində araşdırma aparılmasından ibarət idi. Xüsusilə nəzərə alınmalıdır ki, sözügedən dispozisiyasından (xarici işıq cihazları və ya qabaq şüşələrin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan) həmin xətanın vizual müşahidə yolu ilə aşkarlandığı açıq şəkildə anlaşılır. Digər tərəfdən Yevlax RPŞ-nin DYPB-nin inzibati araşdırmanı hansı qaydada apardığı məlum deyildir.Belə ki, o (şikayətçi) inzibati araşdırmaya cəlb olunmamış, avtomobil isə hər hansı yoxlanışdan (və ya baxışdan) keçirilməmişdir. Məlum olduğu kimi təqsirsizlik prezumpsiyasına uyğun olaraq hazırkı iş üzrə icraatda sübutetmə yükü polis orqanının üzərinə düşür. Lakin inzibati orqan pozuntunu təsdiq edən hər hansı sübutu-fotoşəkil və ya videomaterial təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, əvvəlki iş üzrə iki dəfə məhkəmə iclası keçirilmiş, məhkəmə iclaslarında iştirak edən polis orqanının nümayəndəsi İXM-nin 342.5-ci maddəsinin pozuntusu ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. O da nəzərə alınmalıdır ki, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Polis orqanı İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan pozuntunu aşkir etmək nəzərdə tutulan həmin müddəti də ötürmüşdür. İnzibati xəta xx.xx.2024-cü il tarixdə aşkar olunmuş, xx.xx.2024-cü il tarixdə isə qərar qəbul edilmişdir. İXM-nin 342.5-ci maddəsinin dispozisiyasında sadalanan konstruktiv hissələrdən heç birində hər hansı nasazlıq mövcud deyildir. Qarabağ ərazisində aparılan tikinti işləri ilə əlaqədar avtomobil gündəlik istifadə olunduğu üçün vaxtlı-vaxtında zəruri texniki qulluq göstərilib və indi də göstərilməkdə davam edir. Yevlax RPŞ-nin DYPB qərəzli olaraq səlahiyyətindən sui-istifadə etməklə hazırda mübahisələndirdiyi qərarı qəbul etmişdir. Buna görə də, hazırkı şikayəti vermişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şikayət vermiş şəxs X2 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 mülkiyyətindədir. İşdə olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X8 mülkiyyətində olan «VAZ 212140» minik markalı, ** SF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixədək idarə etmək üçün X3 etibar etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-531/2024 saylı qərarından görünür ki, həmin qərarla şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən X2 barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPBə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X2 xx.xx.2024-cü il tarixdə ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X4 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmiş, lakin həmin qərar Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-531/2024 saylı qərarı ilə ləğv edilmiş və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-ə göndərilmişdir. Bundan sonra isə səlahiyyətli orqan tərəfindən Nurlan Məmmədov barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək, İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilmişdir. Halbuki, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol tərtib edilən zaman protokolda Nurlan Məmmədovun ona istinad olunan İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə heç bir qeyd aparılmamışdır. Məhkəmə iclasında X2 xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istifadə etməsi (istismarı) müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və X3 istinad edilən inzibati xətanı törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol əsasında X2 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə 50 (əlli) manat cərimə olunmasına dair onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1157/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1157/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver