Məhkəmə qərarları › İş №3(039)-116/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-116/2020

15.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-116/2020 15.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxx 2014-cü il tarixli SNƏ/140009 saylı qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 000041 saylıinzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən xx.xx.2014-cü il tarixdə qəbul edilmiş SNƏ/140009 saylı inzibati xəta haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (2016-ci il martın 1-ə qədər qüvvədə olmuş) 64.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 5000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X4 xx xxxxxxx 2014-cü il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti 53 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2014-cü il tarixli 000041 saylı inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən xx.xx.2014-cü il tarixli SNƏ/140009 saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə edilmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xəta Haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxx 2014-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat cərimə edilmişdir. Həmin qərara əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 53-də yerləşən aptekdə lisenziya olmadan fəaliyyət göstərdiyi üçün o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin qərara əsasən cərimənin tutulması onun pensiyasına yönəlmiş, 2019-cu ilin noyabr ayında pensiyanı az alan zaman bu barədə məlumatı olmuş, qərarın surətini icra məmurundan götürərək hazırkı şikayəti etmək məcburiyyətində olmuşdur. Lisenziya olmadan fəaliyyət göstərən aptek ona aid deyil, o, orada satici kimi fəaliyyət göstərmişdir. Həmin aptek “xxxxxxxxxxxxxxx" MMC-yə məxsusdur. Lisenziya ilə bağlı məsələ hüquqi şəxsə aid olan məsələdir. Aptek hər zaman lisenziya əsasında fəaliyyyət göstərib. Sadəcə olaraq yeni lisenziyanın alınması üçün qaydalar dəyişildiyindən, aptek rəhbərliyi bu işi özü görməli idi. İnzibati qərarın subyekti o deyil. O, həmin vaxtı adi bir satıcı olub. Qərarın düzgün tərtib edilməməsi, həmçinin tərtib edildikdən sonra uzun müddət gizli saxlanılması, 5 ildən sonra icraya yönəlməsi qərarın özünü şübhə altına alır. Qərar qəbul olunan zaman qərarın ona yönəldilməsi inzibati tənbehin məqsədləri ilə bağlı qanun normasının əleyhinədir. Hesab edir ki, qərar İnzibati Xətalar Məcəlləsinin norma və prinsiplərinə ziddir. Qərar hüquqi şəxsə tətbiq edilməli olduğu halda ona tətbiq edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xəta Haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxx 2014-cü il tarixli qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax şəhəri H.Əliyev prospekti 53 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxxxxx” MMC 2008-ci ildə qeydiyyatdan keçərək fəaliyyət göstərməyə başlamışdır. Hazırda cəmiyyətin rəhbəri X1 olsa da, cəmiyyət qeydiyyatdan keçən zaman və 2014-cü ildə cəmiyyətin rəhbəri özü olmuşdur. Cəmiyyət 1322 qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli lisenzasiya əsasında 5 illik müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə almışdır. Qeyd olunan lisenziyanın müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. O zaman lisenziyanın verilməsi qaydalarına və şərtlərinə dəyişiklik edildiyindən lisenziyaların verilməsi dayandırılmış və bu səbəbdən aptek lisenziyasız fəaliyyət göstərmək məcburiyyətində qalmışdır. Cərimənin “xxxxxxxxxxxxxxx” MMC-nin deyil, onun rəhbərinin adına yazılmasını qanunsuz hesab edir və məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixdə qəbul edilmiş SNƏ/140009 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: SNƏ/140009 saylı xx.xx.2014-cüil tarixli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx xxxxxxx 2014-cü il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti 53 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli SNƏ/140009 saylı qərarı icra olunmasıüçün xx.xx.2015-ci il tarixdə Yevlax rayon icra bölməsinə daxil olmuşdur; 11 saylı X6 tərəfindən məhkəməyə təqdim edilmiş “Hüquqi şəxs haqqında” məlumatlardan görünür ki, “xxxxxxxxxxxxxxx” MMC xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmiş və xx.xx.2018-ci il tarixədək cəmiyyətin qanuni təmsilçisi X4 olmuşdur. 2016-ci il martın 1-ə qədər qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə -fiziki şəxslər iki min manatdan üç min manatadək, vəzifəli şəxslər beş min manatdan on min manatadək, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işüzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün hazırkı inzibati iş üzrə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə araşdırması zamanı vermiş olduğu izahatını müqayisəli şəkildə tədqiq edib, bu izahatda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 000041 saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, X3 tərəfindən xx.xx.2014-cü il tarixdə qəbul edilmiş SNƏ/140009 saylı inzibati xəta haqqında qərar, inzibati işüzrə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin izahatı və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 xx xxxxxxx 2014-cü il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti 53 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərməsi halı aşkar olunmuş və o, İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə təqsirli bilinib, vəzifəli şəxs kimi barəsində 5000 manat məbləğində cərimə tətbiq olunmuşdur. X4 şikayət ərizəsində və məhkəmə iclasında səsləndirmiş olduğu xx xxxxxxx 2014-cü il tarixdəxüsusi razılıq (lisenziya) əsasında əczaçılıq fəaliyyəti ilə məşğul olma tələbinə əməl etməyərək Yevlax şəhəri, H.Əliyev prospekti 53 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərməsi kimi izahatı ilə faktiki olaraq qeyd olunan tarixdə tərəfindən törədilmiş olan inzibati xətanı etiraf etmiş olur. Belə olan halda xx xxxxxxx 2014-cü il tarixdə qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin izahatı və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X2 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Rəşad Nəbiyevin şikayət ərizəsində ifadə olunmuş və məhkəmə iclasında səsləndirdiyi dəlili ondan ibarətdir ki, inzibati məsuliyyətə o, yəni X4 yox, “xxxxxxxxxxxxxxx” MMC cəlb edilməli idi. Məhkəmə şikayətçinin bu dəlilinə münasibətdə bildirir ki, xx xxxxxxx 2014-cü il tarixdə Rəşad Nəbiyev “xxxxxxxxxxxxxxx” MMC-nin rəhbəri və qanuni təmsilçisi olmuş və bu səbəbdən səlahiyyətli orqan tərəfindən Rəşad Nəbiyevin vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmasında hər hansı qanun pozuntusu olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 000041 saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, X3 tərəfindən SNƏ/140009 saylı xx.xx.2014-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 000041 saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, X3 tərəfindən SNƏ/140009 saylı xx.xx.2014-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar