Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-116/2023 17.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2 etibarnəmə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ünvan 1 ünvanında qeydiyyatında olan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.1 və 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 26 yanvar 2023-cü tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax şəhəri Nizami prospektində ara məsafəni düzgün saxlamayaraq Moped markalı Mopedin sürücüsü X4 yüngül bədən xəsarəti yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.. Səlahiyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki,xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yerləşən 7 saylı orta məktəbin qarşısındaki ışıqforun qırmızı ışığında dayandığını,yaşıl ışıq yanan zaman hərəkət etdiyin,bu zaman sol tərəfdən hərəkət edən mopedin qəflətən onun yoluna çıxdığını,idarə etdiyi maşınla mopedin toqquşduğunu,toqquşma zamanı mopedin sürücüsü Nihad Sarıyev xəsarət aldığı üçün dərhal xəstəxanaya apardığını,özünün isə xəsarət almadığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 etibarnəmə üzrə nümayyəndəsi X3 bildirmişdir ki,xx.xx.2022-ci il tarixində Yevlax şəhəri 7 saylı orta məktəbin qarşısından keçən zaman Vaz 2109 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü qəflətən onun hərəkət zolağına çıxaraq onu vurduğunu,hərəkətdə olan zaman işıqforun yaşıl işıqın yandığını,hadisə zamanı Şəxs ona xəsarət yetirdiyini,aldığı xəsarətdən öz evində müalicə aldığını,müalicə aldığı vaxtda Şəxs gəlib onun səhhətinlə maraqlanmadığını bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: 26 yanvar 2023-cü tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax şəhəri Nizami prospektində ara məsafəni düzgün saxlamayaraq Moped markalı Mopedin sürücüsü X4 yüngül bədən xəsarəti yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 yanvar 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X7 X10 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərəçəkmiş şəxslə barışıq əldə etməməsi (İXM 32.2) ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququnun 10 (on) ay müddətinə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-116/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-116/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver