Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-117/2022 27.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Marzılı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 26 yanvar 2022-ci il tarixdə Yevlax rayonu Marzılı kəndində üzərindən narkotik vasitəsi tapılmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, 26 yanvar 2022-ci il tarixdə saat 03:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarş Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Faiq Allahverdiyev, polis nəfəri, polis serjantı X6 rayonu Marzılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs üzərində narkotik vasitə saxlanması, daşınması və gəzdirməsi ehtimalı olduğundan rayon polis şöbəsinə raportla müraciət etmişdir. Bundan sonra Yevlax Rayon Polis X2 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X3 26 yanvar 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, narkotik vasitə istifadəçisidir, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapmışdır. Hepatit xəstəsidir, müalicəyə ehtiyacı var. Bu səbəbdən barəsində həbslə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdir. İşdə olan 26 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 26 yanvar 2022-ci il tarixdə saat 03:30-dandan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis X3 təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs 26 yanvar 2022-ci il tarixdə saat 03:30-da saxlanılmışdır. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə bioloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 17/96 saylı rəyinə əsasən, Şəxs üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 0,07 qram və 1,92 qram, ümumi təmiz çəkiləri 3,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İnzibati Xətalar Məcəlləsi: Maddə 206. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni 26 yanvar 2022-ci il tarixdən saat 03:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-117/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-117/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver