Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-118/2022 27.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru Raqib Nəzərəliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı, 27.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27.01.2022-ci il tarixdə saat 15.30-da Yevlax şəhərində yerləşən “Təbiət” şadlıq sarayının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru Raqib Nəzərəliyev izah etdi ki, 27.01.2022-ci il tarixdə “Covid-19” virusunun yoxlanması ilə əlaqədar olaraq Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Təbiət” şadlıq sarayında keçirilmiş toy məclisi ilə bağlı şadlıq sarayına gələn bir nəfər vətəndaşın “Covid-19” pasportu polis tərəfindən yoxlanılarkən vaksini olmadığı aşkar olundu və geri qaytarıldı. Vətəndaş dəfələrlə şadlıq sarayının içərisinə daxil olmağa cəhd göstərsə də, qarşısı alınaraq geri qaytarılmışdır. Buna baxmayaraq, vətəndaş şadlıq sarayının arxasına keçərək şadlıq sarayına keçəcəyini bildirmişdir. Polis əməkdaşı şadlıq sarayının arxa tərəfinə keçərkən həmin şəxsin şadlıq sarayının su borusu ilə şadlıq sarayına daxil olduğunu görüb onu aşağı düşürmüş, həmin şəxs polisi söyüb təhqir edərək qaçmağa çalışsa da, dərhal saxlanılaraq onu nizam intizama dəvət edib sakitləşdirsə də, o, polisin tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün polis tərəfindən saxlanılaraq məcburi qaydada RPŞ-yə gətirilmişdir. Yevlax RPŞ-də məlum oldu ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bu barədə Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 27 yanvar 2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Təbiət” şadlıq sarayında keçirilən toy məclisi ilə bağlı şadlıq sarayına gəlmiş, lakin “Covid-19” pasportu olmadığı üçün polis onu şadlıq sarayına daxil olmasına icazə verməmiş və geri qaytarmışdır. O, şadlıq sarayının arxa tərəfindən içəri daxil olmaq istədikdə, polis onu görüb yaxınlaşmış o da, həmin vaxt qorxduğu üçün ondan qaçmağa cəhd göstərmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi olaraq peşmandır və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 bildirmişdir ki, 27.01.2022-ci il tarixdə “Covid-19” virusunun yoxlanması ilə əlaqədar olaraq Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Təbiət” şadlıq sarayında keçirilmiş toy məclisi ilə bağlı şadlıq sarayına gələn bir nəfər vətəndaşın “Covid-19” pasportu tərəfimizdən yoxlanılarkən vaksini olmadığı aşkar olundu və geri qaytarıldı. Vətəndaş dəfələrlə şadlıq sarayının içərisinə daxil olmağa cəhd göstərsə də, qarşısı alınaraq geri qaytarılmışdır. Buna baxmayaraq, vətəndaş şadlıq sarayının arxasına keçərək şadlıq sarayına keçəcəyini bildirmişdir. Şadlıq sarayının arxa tərəfinə keçərkən həmin şəxsin şadlıq sarayının su borusu ilə şadlıq sarayına daxil olduğunu görüb onu aşağı düşürmüş, həmin şəxs polisi söyüb təhqir edərək qaçmağa çalışsa da, dərhal saxlanılaraq onu nizam intizama dəvət edib sakitləşdirsə də, o, polisin tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq məcburi qaydada RPŞ-yə gətirilmişdir. Yevlax RPŞ-də məlum oldu ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bu barədə polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 27 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15.40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru Raqib Nəzərəliyev oğlunun və şahid Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməsi, əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci mаddəsinin sanskiyasında nəzərdə tutulan inzibаti cərimə tətbiq еdilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri, C.Mustafayev küçəsi, ev 75-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-118/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-118/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver