Məhkəmə qərarları › İş №3(039)-119/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-119/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-119/2023 10.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X10, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cü il tarixdə Yevlax şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Malbinəsi kənd yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. O, 1998-ci ildə Ağdam rayonunda hərbi xidmətdə olan zaman piyada əleyhinə minaya düşmüş və nəticədə sol ayağı diz hissəsindən amputasiya edilmişdir. O, 2-ci qrup əlildir, lakin döyüş iştirakçısı olmamışdır. O, 2-ci qrup əlil olduğu üçün sürücülük vəsiqəsi ala bilməmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. O, 2022-ci ilin avqust ayının 19-da X3 adına olan “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almışdır. Lakin avtomobili öz adına rəsmiləşdirməmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Yevlax rayonu Malbinəsi kəndində yerləşən adını, kimin işlətdiyini bilmədiyi kafedə avtomobil ustası işləyən tanışı Ramin ilə birlikdə 0,7 litr spirtli içki araq içmişdirHəmin gün saat təxminən 18:30. O, bacısı X8 baş çəkmək istədiyi üçün qardaşları Teymur və Turala onu Yevlax şəhərinə bacısının evinə aparmalarını istəmişdir. Teymur və Tural da onunla razılaşmışdırlar və onlar birlikdə ona məxsus olan “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı kənddən Yevlax şəhərinə getmişdirlər, Yevlax şəhərinə gedən zaman avtomobili qardaşı Teymur idarə etmişdir.. Təxminən 30 dəqiqə bacısına məxsus olan evdə oturub çay içib söhbət etdikdən sonra yaşadıqları kəndə qayıtmaq qərarına gəlmişdirlər. Bu dəfə o, özünə məxsus olan “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, Yevlax şəhərindən çıxaraq Bərdə rayonu istiqamətində yaşadığı kəndə doğru hərəkət etməyə başlamışdır. O, idarə etdiyi avtomobil ilə yaşadığı Yevlax rayonu Malbinəsi kənd istiqamətinə dönmə əməliyyatı həyata keçirərək dəmir yolu relsinin üzərindən keçdikdən təxminən 300-400 metr sonra qarşıda hərəkət edən markasını, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ötmək istədiyi üçün əks hərəkət zolağına çıxmışdır. Bu zaman əks tərəfdən öz yolu ilə gələn “VAZ 2106” markalı avtomobilin yoluna çıxmışdır. Lakin sərxoş olduğundan və avtomobili yüksək sürətlə idarə etdiyindən qarşıdan öz yolu ilə hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin yoluna çıxmış və nəticədə toqquşma baş vermişdir. Toqquşmadan sonra o, idarəetməni itirdiyindən avtomobilim toqquşma nöqtəsindən təxminən 50-60 metr Malbinəsi kəndi isitqamətinə hərəkət etmiş və yolun Malbinəsi kəndi istiqamətinə baxdıqda sol tərəf ehtiyyat hissəsində dayanmışdır. Hadisəsi zamanı onun baş nahiyəsi avtomobilin ön alın şüşəsinə dəymiş və o, baş nahiyəsindən xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə, yəni yol nəqliyyat hadisəsi baş verən gün və hadisə zamanı onun avtomobilinin qabaq sol tərəf farasının işığı yanmamışdır. O, yüksək sürətlə yəni saatda təxminən 100-110 km/saat sürətlə hərəkət edərək onunla eyni istiqamətdə hərəkətdə olan markasını xatırlamadığı avtomobilin arxasına yanaşmış, onun avtomobili ilə markasını xatırlamadığı avtomobilin arasında təxminən 3 metrlik məsafə olmuşdur. Onun idarə etdiyi avtomobilin surəti yüksə olduğundan onunla eyni istiqamətdə hərəkətdə olan avtomobilin arxa hissəsindən vuracağını düşünərək həmin avtomobili ötmək qərarına gəlmiş və ani olaraq idarə etdiyi “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili yolun əks hərəkət zolağına çəkmişdir. Bu zaman o, qarşıdan öz yolu ilə hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sol ön hissəsindən vurmuşdur. O, yol-nəqliyyat hadisəsi zamanı sərxoş olduğundan, avtomobilinin işığı zəif olduğundan, avtomobilinin sol tərəf işığı yanmadığından, avtomobilin surəti yüksək olduğundan və ani olaraq əks hərəkət zolağına baxmadan ötmə əməliyyatına başladığından qarşıdan gələn “VAZ 2106” markalı avtomobili çox gec görmüş və ani məqamda toqquşma baş vermişdir. Yəni o, avtomobili ilə ötmə əməliyyatına başladıqda təxminən 5-6 metr məsafə qət edə bilmişdir. O, “VAZ 2106” markalı avtomobili toqquşma anında görmüşdür. Hadisə zamanı onun idarə etdiyi avtomobilin surəti saatda təxminən 100-110 km/saat olmuşdur. O, baş verən yol-nəqliyyat hadisəsində özünü tamamilə təqsirli bilir. Çünki o, öz yolu ilə hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin yoluna anidən çıxdığından yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman onun qardaşı Teymur idarə etdiyi avtomobilin ön sərnişin oturacağında, Tural isə avtomobilin arxa oturacağında Teymurun arxasında əyləşmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X11 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan X4 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “NİSSAN MAXİMA MİNİK” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol farasının işığı yanmadan nasaz vəziyyətdə idarə etməklə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1988-ci il təvəllüdlü X5 idarə etdiyi “VAZ-2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmaqla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1969-cu il təvəllüdlü X1 qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası xəsarətləri yetirilməsinə, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1971-ci il təvəllüdlü X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran sol budun yuxarı 1/3-nin yan səthinin iri ölçülü, sağ bazunun orta 1/3-nin yan səthinin, sağ sağrının, sol gözüstü nahiyənin qançırı xəsarətləri yetirilməsinə səbəb olan alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 334.3-cü maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X10 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, 2 qrup hərbi xidmət əlil olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 ( səkkiz yüz) manat məbləğində cərimə edilsin Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar