Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1190/2024 29.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin sahə rəisi polis kapitanı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı 197563 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin sahə rəisi polis kapitanı X6 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə törədilmiş soyğunçuluq cinayətinin rayon polis şöbəsində araşdırılması ilə bağlı Cinayət axtarış bölməsinin əməkdaşları həmin cinayətin törədilməsində şübhəli olan Şəxs sözügedən ünvanda hərəkətdə olarkən görmüş və sonuncunu polis şöbəsinə dəvət etmələrinə baxmayaraq o, aqressiv hərəkətlər edərək onlarla getməkdən imtina edərək ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşmış, xx.xx.2024-cü il tarixdə törədilmiş soyğunçuluq cinayətinin rayon polis şöbəsində araşdırılması ilə bağlı polis şöbəsinə getməli olduğunu ona bildirmişlər. O, isə polis əməkdaşları ilə mübahisə etməyərək onlarla birlikdə Yevlax rayon Polis Şöbəsinə getmişdir. Bildirdiklərini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq Tofiq Cəfərovu və Toğrul Səfərovu tanımadığını onların polis əməkdaşı olduqlarını saxlanıldığı vaxt öyrəndiyini, Teymur Baxşəliyevin isə polis əməkdaşı olduğunu əvvəldən bildiyini, söyüş söymədiyini, polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı, X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsində iş yoldaşları olan əməliyyat müvəkkilləri, polis baş leytenantı Tofiq Cəfərov və polis leytenantı Toğrul Səfərov ilə birlikdə xidmətdə olan zaman hazırda rayon poliş şöbəsində araşdırılan ********* nömrəli cinayət işi üzrə şübhəli olan Şəxs həmin ünvanda piyada şəkildə hərəkətdə olduğunu görərək digər əməkdaşlarla birgə həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək aparılan cinayət işinin istintaqı ilə əlaqədar Şəxs polis əməkdaşları ilə birlikdə Yevlax RPŞ-nə getməli olduğunu bildirmişlər. Bu vaxt Şəxs onlarla polis şöbəsinə getməkdən imtina etdiyini bildirərək aqressiv şəkildə hərəkətlər etməyə və ucadan ünvansız nalayiq ifadələr işlətməklə, qəsdən onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Bundan sonra o, tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, Tofiq Cəfərov və X11 RPŞ-də son aylar xidmətə başlasalar da, Şəxs onun polis əməkdaşı olduğunu bilirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X8 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X7 digər şahid X2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı 197563 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı, Teymur Baxşəliyev tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsində Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Tofiq Cəfərov və Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Toğrul Səfərov ilə birlikdə xidmətdə olan zaman xx.xx.2024-cü il tarixdə X5 qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə əlaqədar aparılan ********* nömrəli cinayət işi üzrə şübhəli olan Şəxs qeyd olunan ünvanda piyada şəkildə hərəkətdə olduğunu görərək onlar həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək aparılan cinayət işinin istintaqı ilə əlaqədar polis əməkdaşları ilə birlikdə Yevlax RPŞ-nə getməli olduğunu bildirmişlər. Bu vaxt Şəxs onlarla polis şöbəsinə getməkdən imtina etdiyini bildirərək aqressiv şəkildə hərəkətlər etməyə və ucadan ünvansız nalayıq söyüşlər söyməyə başladı. Tərəflərindən ona tutduğu əməl ilə ictimai qaydaları pozduğunu izah edərək, dəfələrlə nizam-intizam çağırışlar etsələr də həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs hazırki inzibati xətanı törətməməsini bildirməsi onun özünü müdafiə xarakteri daşımaqla məhkəmə iclası zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1190/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1190/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver