Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-12/2021 06.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhər Cümə Məscidinin qarşısından Zərərçəkmiş şəxs məxsus velosipedi oğurlamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 izah etdi ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nə ərizə ilə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində mərkəzi məscidin qarşısından 200 manat dəyərində olan velosipedini Şəxs oğurladığını bildirmişdir. Yevlax RPŞ-nin TB-nin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, velosipedi oğurlamış və satmışdır. Lakin həmin gün içkili olduğundan kimə satdığını xatırlamır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı hissə-hissə ödəyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri Cümə Məscidinin qarşısında velosipedini saxlayıb mağazaya girmişdir. Təxminən 5-10 dəqiqə sonra geri qayıdarkən velosipedin oğurlandığını görmüşdür. Bu barədə Yevlax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 18.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, ziyanı ödəməməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Əzizov küçəsi mənzil 45-də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 18.30-dan hesablansın. Şəxs 200 (iki yüz) manat məbləğində ziyan alınıb Zərərçəkmiş şəxs ödənilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis şöbəsinə həvalə edilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-12/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-12/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver