Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-120/2021 05.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 Samir Eldar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X9 tərəfindən Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədən Şəxs icra sənədinin icrası ilə əlaqədar vaxt istəmiş və işə baxılması xx xxxxxx 2021-ci il tarixə təxirə salınmışdır. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1918/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxx 2019-cu il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1918/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxx 2019-cu il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 verilməsi qət edilmişdir. X10 4160 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda yaranmış aliment borcunu tam şəkildə tələbkarın xeyrinə ödəmiş və iş üzrə icraata xitam verilməsini xahiş etdi. X1 etibarnamə üzrə nümayəndəsi X11 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, aliment təyin olunan gündən xx xxxxxx 2021-ci il tarixə qədər olan dövr üzrə aliment pulunun tam ödənildiyini və həmin ödənişdən 4160 manat tələbkara təqdim edilmişdir. 520 manat aliment isə icra şöbəsinin depozit hesabındadır, həmin pul hesab təqdim edildikdən sonra tələbkarın hesabına köçürülməsi izah olunmuşdur. Tələbkarın aliment üzrə heç bir tələb və şikayəti yoxdur. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun, tələbkarın nümayəndəsi Sevda Bəkirovanın ərizəsini və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-120/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-120/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver