Məhkəmə qərarları › İş №3(039)-1201/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-1201/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-1201/2024 16.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıxov Mehman Əlixan oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-1316/1-138163 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-1316/1- 138163 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs və həmin qərarı qəbul etmiş orqan səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 xx.xx.2024-cü il tarixli ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-1316/1-138163 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir; 133.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır 133.2.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir; 133.2.3-cü maddəsinə əsasən fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir; 136.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Məhkəmə hesab edir ki, sözügedən inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət onun öz ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin xx.xx.2024cü il tarixli, 3-1316/1-138163 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar