Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1202/2024 25.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və onun vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinin 29 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin ğinsında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət verərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə olunması haqqında barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X9 İdarəsinin rəisi vəzifəsini icra edən miqrasiya xidməti müşaviri X11 tərəfindən barəsində qərəzli olaraq heç bir əsas olmadan təkrar eyni əsaslarla 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı qərarla İXM-nin 578.1 -ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki yerində baxış keçirilməklə qərarda qeyd olunan halların mövcud olmaması səbəbindən eyni əsaslarla verilmiş əvvəlki 06 oktyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(084)-84/2024 saylı qərarı mövcuddur. Belə ki, 06 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş inzibati tənbeh vermək haqqında MN № ******* saylı eyni məzmunlu qərarda qeyd olunur ki, xx.xx.2023cü il tarixdə Ağdaş rayonu Eymur kəndi ərazisində yerləşən “Zəfəran” (əvvəlki adı “Şirvangöl”) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikas Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Biricioğlunun guya işə cəlb edilməsi müəyyən olunmuşdur. Lakin onun belə bir işçisi ümumiyyətlə olmamışdır. Qərarda adı qeyd olunan şəxs burada həmin vaxt qonaq olmuşdur. O, həmin şəxslə rəsmi və ya qeyri-rəsmi heç bir əmək münasibətlərində olmamışdır. Buradan aşkar görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regianal Miqrasiya İdarəsi tərəfindən heç bir fakta əsaslanmadan tərtib olunmuş qərar əsasında o, qərəzli olaraq 3500 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan hazırkı qərarı o xx.xx.2024-cü il tarixdə almış, həmin qərarla razılaşmadığına görə şikayət vermişdir. Hesab edir ki, barəsində tərtib olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı qərar tam əsassız və qanunsuzdur. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinin nümayəndəsi X4 şikayətin dəlillərini əsassız hesab edərək, verdiyi izahatında göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə Ağdaş rayonu Eymur kəndində yerləşən «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Birincioğlunun işə cəlb edilməsi müəyyən edilmişdir. Buna görə də həmin təsərrüfat subyektini icarə müqaviləsi əsasında işlədən Uğurlu Hilalzadənin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə olunması haqqında xx.xx.2023cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan Uğurlu Hilalzadə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. X7 şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-84/2024 saylı qərarının ləğv edilməsini xahiş etmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-108/2024 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(039)-84/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında şərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdıralaraq baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinə qaytarılması qərara alınmışdır. Şəkil Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-208/2024 saylı qərarı ilə Dövlət Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən veriliş şikayət təmin edilməmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-84/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsində təkrar araşdırma zamanı Uğurlu Hilalzadəyə bildirişlər göndərilməsinə baxmayaraq, o çağırışlara gəlməmişdir. Araşdırma zamanı bir daha müəyyən edilmişdir ki, Ağdaş rayonu Eymur kəndində yerləşən «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Birincioğlu işə cəlb edilmiş, həmin obyekti icarə müqaviləsi əsasında Uğurlu Hilalzadə işlətmiş, Fikrət Birincioğlu həmin obyektdə qalmaqla orada işləmiş və bunun müqabilində gündəlik əmək haqqı almışdır. «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyekti həm restoran, həm də otel kimi fəaliyyət göstərmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, «Zəfəran» və «Tır Parkı» adlanan obyektlər yanaşı olmaqla bir təsərrüfat subyektidirlər və həmin obyektlər arasında keçid mövcuddur. Uğurlu Hilalzadə inzibati məsuliyyətə cəlb edilməmək üçün Fikrət Birincioğlunun «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyektində işləmədiyini bildirir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin əsassız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 04 fevral 2023-cü il tarixdə Ağdaş rayonu Eymur kəndində yerləşən «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Birincioğlunun işə cəlb edilməsi müəyyən edilmiş və Uğurlu Hilalzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-84/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Miqrasiya Xidməti X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-108/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-84/2024 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılmaı üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-84/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinə qaytarılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, İM/22/07 saylı icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Ağdaş rayonu Eymur kəndi ərazisində yerləşən ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərən iaşə obyekti X3 icarəsinə verilmişdir. İşdə olan Türkiyə Respublikasının vətəndaşı Fikrət Birincioğlu tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Fikrət Birincioğlu izahatında 2021-ci ildən Azərbaycan Respublikasına gəlib-getdiyini, 2023-cü ilin fevral (şubat) ayından etibarən Malik adlı şəxsin dəvəti ilə «Şirvangöl» restoranında aşçı olaraq çalışdığını göstərmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin **********020000 saylı məktubundan görünür ki, Ağdaş rayonu, Eymur kəndində yerləşən “Zəfəran” adlı (köhnə adı Şirvangöl) təsərrüfat subyektində vergi ödəyicisi X6r (VÖEN: **********). İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Ağdaş rayonu Eymur kəndində yerləşən «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan aşpaz kimi həmin subyektin restoranında qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Birincioğlunun işə cəlb edilməsi müəyyən edilmiş və Uğurlu Hilalzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 04 fevral 2023-cü il tarixdə Ağdaş rayonu Eymur kəndində yerləşən «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Birincioğlunun işə cəlb edilməsi müəyyən edilmişdir. Buna görə də həmin təsərrüfat subyektini icarə müqaviləsi əsasında işlədən Uğurlu Hilalzadənin barəsində Azərbaycan Respublikası Dövlət Mİqrasiya Xidməti X9 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə olunması haqqında xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan Uğurlu Hilalzadə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. X7 şikayət verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(039)-84/2024 saylı qərarının ləğv edilməsini xahiş etmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-108/2024 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(039)-84/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdıralaraq baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsinə qaytarılması qərara alınmışdır. Şəkil Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-208/2024 saylı qərarı ilə Dövlət Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən veriliş şikayət təmin edilməmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)- 84/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsində təkrar araşdırma zamanı Uğurlu Hilalzadəyə bildirişlər göndərilməsinə baxmayaraq, o çağırışlara gəlməmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonu Eymur kəndində yerləşən «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Birincioğlu işə cəlb edilmiş, həmin obyekti icarə müqaviləsi əsasında Uğurlu Hilalzadə işlətmiş, Fikrət Birincioğlu həmin obyektdə qalmaqla orada işləmiş və bunun müqabilində gündəlik əmək haqqı almışdır. «Zəfəran» (köhnə adlı Şirvangöl) təsərrüfat subyekti həm restoran, həm də otel kimi fəaliyyət göstərmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, «Zəfəran» və «Tır Parkı» adlanan obyektlər yanaşı olmaqla həmin obyektlər arasında keçid mövcuddur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Uğurlu Hilalzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 578.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X1 rayonu, Eymur kəndində yerləşən “Zəfəran” (köhnə adı Şirvangöl) təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Türkiyə vətəndaşı Fikret Birincioğlunu işə cəlb edilməsi halı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasının vətəndaşı Fikrət Birincioğlu tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Fikrət Birincioğlu izahatında 2021-ci ildən Azərbaycan Respublikasına gəlib-getdiyini, 2023-cü ilin fevral (şubat) ayından etibarən Malik adlı şəxsin dəvəti ilə «Şirvangöl» restoranında aşçı olaraq çalışdığını göstərmiş və izahat verən zaman həmin İdarəyə «Şirvangöl» restoranına aid qaiməfaktura təqdim etmişdir. Fikrət Birincioğlunun «Şirvangöl» restoranında işləmədiyi halda belə məzmunda izahat verməsi və həmin restorana aid qaimə-faktura təqdim etməsi isə mümkünsüzdür. X7 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 idarəsi təərfindən qəbul edilmiş 29 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X9 idarəsinin 29 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1202/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1202/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver