Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1205/2024 30.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı X1 04 mart 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Yevlax RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X9 tərəfindən MN seriyalı ******* nömrəli, 30 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, bina 9-da yerləşən yaşadığı 43 saylı mənzildə X4 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax RPŞ-nin İTBnin polis sahə rəisi polis baş leytenantı X9 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, bina 9-da yerləşən 43 saylı mənzildə yaşayan X7 DİN-nin “102” Xidməti zəng mərkəzinə və Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək bir evdə yaşadığı qaynı Şəxs onu döyməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Daha sonra Şəxs olduğu yer müəyyən edilmədiyindən sözügedən inzibati xəta haqqında iş üzrə icraat xx.xx.2024-cü il tarixli qərarla dayandırılmış, göstərilən hal aradan qalxdığından özünün 30 oktyabr 2024-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, uzun müddətdir anası X6, böyük qardaşının arvadı X7 və onun uşaqları ilə birlikdə eyni evdə yaşayırlar. Əvvəllər işləyib evə qazanc gətirsə də, son zamanlar işsiz olduğundan maddi imkanları olmadığından daima ailə üzvləri ilə aralarında ən xırda məsələdən də mübahisələri yaşanmaqdadır. Sözügedən hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Lakin, o, X4 bir dəfə vursa da, döyməmiş, anası X6 ilə mübahisələr etsə də, onu ümumiyyətlə vurmamışdır. Anası və qardaşı arvadı ilə aralarında olan mübahisələrin baş verməsində günahkar sonuncular özləridir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisənin yaranmasına səbəb anası İlduzə və qardaşı arvadı Kəmalənin dəfələrlə onun barəsində ora bura şikayət etməklə evdən çıxarmaq istəmələri olmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, gəlin köçən gündən qaynanası X6, qaynı badi Teymur Tofiq oğlu, əri və uşaqları ilə birlikdə eyni evdə yaşayırlar. 8-9 il əvvəl əri həbs olunduqdan sonra qaynı Şəxs ilə aralarında daima mübahisələr olmuş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, bina 9-da yerləşən 43 saylı mənzildə qaynı Şəxs əsassız yerə mübahisələr yaradaraq onu və qaynanasını döymüşdür. Teymur onun başından vurmuş, saçlarını yolmuşdur. Hadisə vaxtı Teymurun anası İlduzə də orda olmuşdur. Daha sonra o, xx.xx.2023-cü il tarixdə hadisə barədə DİN-nin “102” Xidməti zəng mərkəzinə və Yevlax RPŞ-yə ərizə ilə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, Şəxs onun oğludur. Oğlunun gəlini Kəmalə ilə onu görməyə gözü yoxdur. Həmişə onları söyür, saçlarından tutur və döyür. Hətta sonuncu dəfə stəkanı yuyarkən oğlunun onu vurması nəticəsində stəkan qırılıb əlini kəsmişdir, lakin xəsarətin müəyyən olunması üçün ekspert rəyi almamışdır. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, bina 9-da yerləşən 43 saylı mənzildə Şəxs əsassız yerə mübahisələr yaradaraq X4 döymüşdür. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı X1 04 mart 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Yevlax RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 132 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sifətin sol yarısının sıyrığı, küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü il tarixdə törənməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni X4 döyməməsi ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 132 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sifətin sol yarısının sıyrığı, küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü il tarixdə törənməsi istisna edilmir; - iş üzrə digər zərərçəkmiş şəxs X7 izahatında xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, bina 9-da yerləşən 43 saylı mənzildə qaynı Şəxs əsassız yerə mübahisələr yaradaraq onu və qaynanasını döydüyünü, Teymurun onun başından vuraraq saçlarını yolduğunu göstərmişdir; - Şəxs məhkəmə iclasında verdiyi izahatında mübahisə zamanı X4 bir dəfə vurduğunu, lakin döymədiyini göstərmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona sözügedən növdə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1205/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1205/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver