Məhkəmə qərarları › İş №3(039)-1206/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1206/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1206/2025 18.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X5 Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs və Zərərçəkmiş şəxs arasında 15000,0 manat dəyərində torpaq sahəsinin satılması ilə bağlı razılaşmanın pozulması səbəbdən mübahisə yaranmış, bir-birinə xəsarət yetirmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 14 mart 2025-ci il tarixdə yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndinin girişində taksi gözləyərkən Zərərçəkmiş şəxs gəlmiş, hüquq mühafizə orqanlarına şikayət etməsi ilə bağlı onunla dava-dalaş etmiş, daha sonra Murad onun baş və ağız nahiyyəsində iki dəfə yumruqla vuraraq ona xəsarətlər yetirmişdir. Güclə qaçaraq oradan uzaqlaşmışdır. Lakin o, Murada hər hansı xəsarət yetirməmişdir. Fiziki cəhətdən də Muraddan zəif olduğuna görə bu mümkün də ola bilməzdi. Odur ki, Zərərçəkmiş şəxs cəzalandırılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən özünə məxsus olan torpaq sahəsi var. Həmin torpaq sahəsinin içərisində tikili olmuşdur. O, həmin topraq sahəsini 15000 manat Zəlimxan adlı şəxsə satmış və həmin pulun 9000 manatını ona vermiş, qalan pullu isə ona verəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndinin girişində Zəlimxanı görmüş, niyə ondan şikayətlər etməsini soruşmaq üçün yanına getmiş, aralarında baş vermiş mübahisə nəticəsində Zəlimxanın kənd haqqında nalayiq ifadələr işlətməsindən əsəbləşərək onun sifət nahiyəsində şillə ilə vuraraq ona xəsarət yetirmişdir. Zəlimxan isə onun boynundan tutub cırmışdır.Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında protokollarda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, onların əməlində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş, Şəxs və Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs və Zərərçəkmiş şəxs arasında 15000,0 manat dəyərində torpaq sahəsinin satılması ilə bağlı razılaşmanın pozulması səbəbdən mübahisə yaranmış, bir-birinə xəsarət yetirmişlər. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 106 nömrəli xx.xx.2025-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən vətəndaş Şəxs bədənində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səthinin, sol köpüçükaltı nahiyyənin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 107 nömrəli xx.xx.2025-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətləralt dodağın selikli qişasının qaçırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs arasında xx.xx.2025-ci il tarixdə mübhiasə baş vermiş, qarşılıqlı olaraq bir-birinə xəsarət yetirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Zərərçəkmiş şəxs tərəfindən törədilməsi özünün etirafı, məhkəmə iştirakçılarının izahatı ilə yanaşı, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Digər barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında hər hansı bir inzibati xəta törətmədiyini, heç kəsi döymədiyini bildirsə də, işdə olan Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Əsgərov Vəkil Şahmar oğlunun xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs barələrində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB- nə göndərilmiş, bundan əlavə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. Eləcə də işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi 107 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-alt dodağın selikli qişasının qaçırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs məlum inzibati xətanı törətməsi yuxarıda təsvir olunan sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxslərin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, cərimə inzibati təhbeh növü onun inzibati xəta törətmiş şəxslərin əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə Şəxs və Zərərçəkmiş şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar