Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-1207/2025 18.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Mən, Yevlax Rayon Məhkəməsinin hakimi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına 18 iyul 2025-ci il tarixdə daxil omuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 14 mart 2025-ci il tarixdə aralarında olan mülk mübahisəsi ilə bağlı Zərərçəkmiş şəxs döymüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Zərərçəkmiş şəxs 14 mart 2025-ci il tarixdə aralarında olan mülk mübahisəsi ilə bağlı Şəxs döymasəi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 18 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuş və 3(039)-1207/2025 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hər iki protokolun eyni hadisə ilə bağlı tərtib edildiyini və hər iki inzibati materialın 18 iyul 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(039)- 1206/2025 və 3(039)- 1207/2025 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(039)- 1206/2025 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM:
1. Məhkəmənin icraatında olan 3(039)- 1206/2025 və 3(039)-1207/2025 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(039)- 1206/2025 ilə davam etdirilsin.
2. İşə Yevlax Rayon Məhkəməsinin binasında dərhal baxılsın.
3. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.
4. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Hakim: Ruslan Əlizadə