Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1208/2025 21.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X5 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 İnzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonun Aran qəsəbəsində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Yevlax RPŞ-yə gətirilən zaman şöbənin giriş qapısının qarşısında ictimai qaydanı pozduğu üçün onu nizam intizamı dəvət polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, Şəxs “İnstaqram” sosial şəbəkəsində polisə qarşı nalayiq ifadələr olan videoalara təhqir edici rəylər vermişdir. Bu səbəbdəndə xx.xx.2025-ci il tarixdə CAB müvəkkili R.İsmayılov onu Polis Şöbəsinə dəvət etmişdir. İnzibati binanının qarşısında olarkən Şəxs qərəzli olaraq polis əleyhinə təhqiramiz ifadələr səsləndirmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs izahatında polis əməkdaşları ona izahat vermək üçün polis şöbəsinə dəvət etdiklərini,hadisə zamanı əsəbi olduğu üçün polisin qanuni tələbinə tabe olmadığını,əməlindən səmimi peşmançılığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsi CAB-nin müvvəkili Rəşid İsmayılov bildirmişdir ki, Şəxs sosial şəbəkədə polis əleyhinə olan videoları dəstəkləyərək rəy vermişdir. Şöbəyə gələn zaman inzibati binanının qarşısında olarkən Şəxs qərəzli olaraq polis əleyhinə təhqiramiz ifadələr səsləndirmişdir. Bu səbəbdəndə şöbə rəisinə raport verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis nəfəri polis baş serjantı Vüsal Həsənov protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Şöbənin giriş postunda olarkən onun əməkdaşla mübahisə etdiyini görüb. İlk olaraq onun sərxoş olduğunu düşünüb. Amma sonra görüb ki, polis ünvanına nalayq ifadələr səsləndirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində qəsdən polisin qanuni tələbinə tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 17:50-də inzibati qaydadada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 19 iyul 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(039)-1208/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1208/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver