Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1209/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X4 Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasov tərəfindən 18 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 18 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə övladı xx.xx.2024-cü il təvəllüdlü X2 qəsdən əli ilə döyərək sonuncuya alın , sol gözaltı, hər iki yanaq, burun nahiyələrinin, boyun nahiyəsinin sağ və sol yan səthlərinin, sol qulaq seyvanının, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin, sağ əlin arxa səthinin, sol qasıqüstü nahiyənin, sağ budun orta 3/1-nin arxa səthinin, sol baldırın orta 3/1nin iç səhtinin sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin qançırı xəsarətlərini yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, övladı X3 heç bir xəsarət yetirməmişdir. Özündə olmadığı üçün uşaq yüksəklikdən yerə düşmüşdür. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə övladı xx.xx.2024-cü il təvəllüdlü X2 qəsdən əli ilə döyərək sonuncuya alın , sol gözaltı, hər iki yanaq, burun nahiyələrinin, boyun nahiyəsinin sağ və sol yan səthlərinin, sol qulaq seyvanının, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin, sağ əlin arxa səthinin, sol qasıqüstü nahiyənin, sağ budun orta 3/1-nin arxa səthinin, sol baldırın orta 3/1-nin iç səhtinin sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin qançırı xəsarətlərini yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 2363 nömrəli xx.xx.2025-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən X1 meyitində alın , sol gözaltı, hər iki yanaq, burun nahiyələrinin, boyun nahiyəsinin sağ və sol yan səthlərinin, sol qulaq seyvanının, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin, sağ əlin arxa səthinin, sol qasıqüstü nahiyənin, sağ budun orta 3/1-nin arxa səthinin, sol baldırın orta 3/1nin iç səhtinin sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin qançırı aşkar edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsrindən ölümündən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilivastə səbəbli əlaqələr yoxdur., həm ümumilikdə həmdə ayrı–ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkini əkib becərməsi, bununla da İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, ekspert rəyi, fotoşəkillər, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hamilə olmasını (İXM- 32.1.4) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli, barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1209/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1209/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver