Məhkəmə qərarları › İş №3(039)-121/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-121/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-121/2021 15.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair BDYPİ-nin Yol Patrul Xidməti Alayının 13-cü tağımından daxil olmuş inzibati materiala baxaraq, Müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15:50 radələrində Yevlax-Ağdam-Laçın avtomobil yolunun 6-cı km-də mal-qaranı (inək) sahibsiz, nəzarətsiz qoymuş və nəticədə Ford Transit markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Ford Transit markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində X4 maddi zərər dəymişdir. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ağdam rayonunda qeydiyyatda olmasına baxmayaraq, məcburi köçkün kimi Yevlax rayonu, yun fabrikinin yataqxanasında məskunlaşmışdır. xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 15.50 radələrində özünə məxsus olan üç baş iribuynuzlu (inək) malı otararkən, inəklərdən biri digər inəklərdən ayrılaraq avtomobil yoluna çıxmışdır. Bu zaman yolda hərəkətdə olan Ford Transit markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil inəyi vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. İnəyin digər inəklərdən ayrılaraq yola çıxmasından xəbəri olmamışdır. Yol nəqliyyat hadisəsi zamanı Ford Transit markalı avtomobilin sahibi Sənan Qasımova maddi zərər dəymişdir. Sənan Qasımova dəymiş olan zərəri qismən ödəmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında X5 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 15.00 radələrində etibarnamə əsasında idarə etdiyi Ford Transit yük markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətindən Bərdə rayonu istiqamətinə hərəkətdə olmuşdur. Bu zaman yolun olun sağ hissəsindən bir baş iribuynuzlu mal (inək) idarə etdiyi avtomobilin qarşısına çıxmış və həmin malı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobildə yanında qonşusu Bilman Qurbanov olmuşdur. Hadisə zamanı o və qonşusu heç bir bədən xəsarəti almamışlar. Mal isə ölümcül yaralanmışdır. Yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi zərər dəymişdir. Ona dəymiş olan maddi zərər xəta törədən şəxs tərəfindən qismən ödənilmişdir. Məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İnizbati xəta haqqında protokola əlavə edilmiş AF 044268 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 BC dərəcəli sürücülük vəsiqəsi var və xx.xx.2030-cu il tarixədək qüvvədədir. İnizbati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X3 yol nəqliyyat hadisəsi zamanı sərxoşluq əlaməti olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Zərərçəkmiş şəxs X4 izah edilsin ki, ona dəymiş olan maddi zərərin ödənilməsi üçün aidiyyəti üzrə məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət edə bilər. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri qismən ödəməsini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : xx xxxxxxxx 1967-ci il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Keşdazlı kəndində qeydiyyatda olan, Yevlax rayonu Yun fabrikinin yataqxanasında məskunlaşan Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar