Məhkəmə qərarları › İş №3(039)-1210/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1210/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1210/2025 16.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X36 Əliyar oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1990-cü il tarixdə Yevlax rayonunun 1-ci Salamabad kəndində anadan olmuş, (FİN-xxxxxxx), evli, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Xaldan Ə/D, Xaldan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 181.0.2, 181.0.3 və 157-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 21 iyul 2025-ci il tarixli, № 25-1-2-2-459-0011-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs X33 Təhsil İdarəsinin inzibati təşkilat sektorunun məsləhətçisi Şəxs “Təhsil haqqında” Azəebaycan Respublikasının qanununun 11.1.6 və 32.4-cü maddələrinin tələblərini pozmaqla xx.xx.2025-ci il tarixdə saat 13 radələrində dərs vaxtı Yevlax şəhər X43 adına 2 saylı tam orta məktəbdə təhsil alan yetkinlik yaşma çatmayan 11-ci sinif şagirdləri X9, X1, X12, X2, X16, X13, X4, X5, X10 və X14 dərs vaxtı, dərs prosesini pozmaqla və onları dərslərdən kənarlaşdıraraq təhsil prosesi ilə bağiı olmayan işlərə cəlb edərək valideyninin və müəllimin iştirakı olmadan psixoloji zorakılıqla izahat yazmalarına məcbur etmiş, habelə sinif otağında həmin məktəbin 11-ci sinif şagirdi, yetkinlik yaşına çatmayan şəxs Nurlan Binnətovun sifət nahiyyəsinə qəsdən siliə ilə vurmaqla sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən burun belinin sıyrığı xəsarətini yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 181.0.2 və 181.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Əvvəlki məhkəmə iclası zamanı Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X32 izahatında bildirdi ki, vəzifəli şəxs X33 Təhsil İdarəsinin inzibati təşkilat sektorunun məsləhətçisi Şəxs xx.xx.2025-ci il tarixdə dərs vaxtı Yevlax şəhər X43 adına 2 saylı tam orta məktəbdə təhsil alan yetkinlik yaşma çatmayan 11-ci sinif şagirdlərini dərs vaxtı, dərs prosesini pozmaqla və onları dərslərdən kənarlaşdıraraq təhsil prosesi ilə bağlı olmayan işlərə cəlb edərək valideyninin və müəllimin iştirakı olmadan 40 dəqiqə ərzində psixoloji zorakılıqla izahat yazmalarına məcbur etmişdir. Habelə sinif otağında həmin məktəbin 11-ci sinif şagirdi, yetkinlik yaşına çatmayan şəxs Nurlan Binnətovun sifət nahiyyəsinə qəsdən siliə ilə vurmaqla sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən burun belinin sıyrığı xəsarətini yetirmişdir. Əvvəlki məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 181.0.2, 181.0.3 və 157-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, X33 Təhsil İdarəsinin inzibati təşkilat sektorunun məsləhətçisi vəzifəsində işləyir heç bir qanunun tələblərini pozmamışdır. Şəxsiyyəti ona məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən barəsində əsassız və böhtan xarakterli şəxsi nüfuzumuza, işlədiyi dövlət orqanının nüfuzuna zərər vuran məlumatlarla Yevlax rayon Prokurorluğuna şikayət verilmişdir. Həmçinin böhtan xarakterli iddialarına görə xx.xx.2025-ci il tarixində Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinifləri ilə (11 a, 11 b) keçirdikləri sorğu zamanı yetkinlik yaşma çatmayan şəxslərdən valideynlərinin iştirakı olmadan izahat almışlar və onlardan birinə 11a sinif şagirdi X6 xəsarət yetirmişdir. Lakin həmin məlumatlar böhtan xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin katibliyindən və Azərbaycan Respublikasının Baş prokurorluğundan daxil olmuş müraciət və təqrirə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmanın xüsusiyyətləri nəzərə alınmaqla orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edilmişdir. Həmin xidməti araşdırmaya əsasən onlar (Qabil Salmanov və Şəxs) xx.xx.2025-ci il tarixində Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinifləri ilə (11 a, 11 b) keçirdikləri şifahi sorğu nəticəsində bir sıra şübhələr müəyyən etmişlər. Faktla bağlı (11 a, 11 b) sinif rəhbərlərindən yazılı izahat almışlar. Həmin müəssisədə keçirilmiş monitorinq ilə əlaqədar akt tərtib edilmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinifləri ilə (11 a, 11 b) keçirdikləri şifahi sorğunun səs yazıları onlarda mövcuddur. Həmin səs yazılarıdanda görünür ki, heç kimi vurmamış, heç bir zorakılıq olmayıb, hamı ilə mülayim davranılıbdır. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinifləri ilə (11 a, 11 b) keçirdikləri sorğu 15-20 dəqiqə olmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı ikinci dərəcəli əlil olmasını nəzərə olaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X17 qanuni nümayəndəsi və psixoloqun iştirakı ilə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixində Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində X33 Təhsil İdarəsinin əməkdaşları dərsin bitməsinə 5 (beş) dəqiqə qalmış sinif otağına daxil olmuşlar. Riyaziyyat müəlliməsini otaqdan kənarlaşdırıb onlara əvvəlcədən hazırlanmış mətn verərək izahat yazmalarına məcbur etmişlər. O İzahat yazmaqdan imtina edəndə adını sonradan bildiyi Şəxs ona üz nahiyyəsinə sillə ilə vurmuş, boyun nahiyyəsini isə barmaqları əzmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid X21 qanuni nümayəndəsi və psixoloqun iştirakı ilə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixində Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində X33 Təhsil İdarəsinin əməkdaşları dərsin bitməsinə 5 (beş) dəqiqə qalmış daxil olmuşlar. Riyaziyyat müəlliməsini dərs otağında kənarlaşdıraraq onlara əvvəlcədən hazırlanmış mətn verərək izahat yazmalarına məcbur etmişlər. İzahat yazan vaxt sinif yoldaşı Nurlanın adını sonradan bildiyi Şəxs tərəfindən vurulduğunu görmüşdür. Əvvəlki məhkəmə iclası zamanı digər şahidlər X26 və X22 qanuni nümayəndəsi və psixoloqun iştirakı ilə izahatlarında X21 ilə analoji izahatlar vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, X33 Təhsil İdarəsinin vəzifələri şəxsləri Şəxs və X11 əməllərində Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X3 müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə cinayət işinin başlanması rədd edilməsi, X33 Təhsil İdarəsinin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157, 181.0.2 və 181.0.3-cü maddələri və X33 Təhsil İdarəsinin vəzifələri şəxsi X23 barəsində Azərbaycan Respublikası İXM-in 181.0.2 və 181.0.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün qərarın surətinin rayon prokuroruna təqdim edilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, materialın saxlanılmasından ötrü Yevlax rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs (FİN; xxxxxxx, xx.xx.1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, X33 Təhsil İdarəsinin inzibati təşkilat sektorunda məsləhətçi vəzifəsində işləyən, subay, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olmaqla faktiki yaşayan) barəsində Azərbaycan Respublikası İXM-in 157, 181.0.2 və 181.0.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlansı, qərarın surətinin barəsində inzibati xəta Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1388 nömrəli rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim olunan 01 ədəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X27 X20 Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 273 nömrəli rəyində göstərilmişdir ki, X7 bədənində aşkar edilmiş xəsarət – burun belinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti, xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir; X33 Təhsil İdarəsinin xx.xx.2025-ci l tarixli xidməti xasiyyətnaməsindən görünür ki, Şəxs müsbət xarakterizə olunur; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sistemindən çıxarılmış əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, Şəxs ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 181.0.2-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 181.0.3-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2, 181.0.3 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqdim olunmuş 1 (bir) ədəd USB yaddaş kartında olan (000333, ******* və 0003206) səs yazısını, eyni zamanda özünün və şahidlərin izahatlarında hadisənin 15-20 dəqiqəni əhatə etdiyini, tibbi ekspert rəyini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin müsbət xarakterizə olunasını, ikinci dərəcə əlil olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2, 181.0.3 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə inzibati işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili X25 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 3 (üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi cəmi 3 saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili X15 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 33 (otuz üç) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2, 181.0.3 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Yevlax şəhər Vəkil Bürosunun vəkili X15 məhkəmədə iştirak etdiyi 3 (üç) saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yevlax şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar