Məhkəmə qərarları › İş №3(039)-1216/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1216/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1216/2025 18.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Goranboy rayonu, Hazırəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Gəncə şəhəri, H.Şəh-83 küçəsi ev 403, mənzil 10-da qeydiyyatda olan və yaşayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Yevlax şəhər icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: “Yevlax Tikint-7" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Yevlax şəhər icra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu “Yevlax Tikint-7" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X1 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-922/2023 nömrəli qərardadına əsasında cavabdeh Şəxs ASC tərəfindən Zərərçəkmiş şəxs istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə ödəncin verilməsi bərpa olunması qət edilmişdir. Halhazırda Şəxs ASC-nin fəaliyyəti olmadığına görə gəliri yoxdur. Fəaliyyət olduqdan sonra tələbkara ödəncin verilməsi həyata keçiriləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 təqdimatın məzmununa uyğun izahat verərək, inzibati xəta haqqında protokolun məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etmişdir. Borclu “Yevlax Tikint-7" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X4 ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tələbkar Zərərçəkmiş şəxs avqust ayı üçün 400 manat ödəniş etdiyini və icra vərəsəsi üzrə müəyyən edilmiş aylıq ödənclər bundan sonra hər ay hissəhissə ödənişlərin edəcəyini bildirmişdir. Bundan sonra da borcunu icra edəcəkdir. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu tərəfindən ona çatası pulun ödənilməsini istəyir. Eyni zamanda, tələbkarla telefon əlaqəsi saxlanılmış, ona 400 manat ödəniş edildiyini bildirmiş və borclu tərəfindən mütamadi olaraq hər ay ödənişlərin olacağına söz verildiyini bildirilmişdir. Söz verildiyi kimi ödənişlərin mütəmadi və daha artıq məbləğdə ödəniləcəyi təqdirdə heç bir şikayətinin olmayacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-922 /2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs ASC tərəfindən Zərərçəkmiş şəxs istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə ödəncin verilməsi bərpa olunması qət edilmişdir. - X4 tərəfindən xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 2025-ci ilin avqust ayı üçün 400 manat ödəniş edilmiş, bundan sonra hər ayın 15-dək hissə-hissə öndənişlər ödəniləcəkdir. - xx.xx.2025-ci il tarixli milliön elektron ödəmə sistemindən görünür ki, Zərərçəkmiş şəxs adından ona “Kapital Bank” kartına 400 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, “Yevlax Tikint- 7" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X4 məhkəmə qərarı ilə müəyyən edilmiş borcdan 400 manat məbləğində birdəfəlik ödəniş etmiş, bundan sonra da ödəniş etmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə müəssisənin fəaliyyəti olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda “Yevlax Tikint-7" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X2 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, “Yevlax Tikint-7" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X2 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Yevlax Tikint-7" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar