Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-122/2021 03.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Salamabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 590.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, mməhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 00:30-da özünə məxsus ov tüfənginin saxlama qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşları Yevlax rayonu Xaldan kəndi ərazisində xidmətdə olarkan hərəkətdə olan avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün tərəflərindən saxlanılaraq sürücüdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə sürücünün üzərində şəxsiyyətini təsdiq edən sənəd olmasa da o, özünü Şəxs kimi təqdim etmidir. Bundan sonra sürücü özünü şübhəli apardığı üçün polis əməkdaşları onun avtomobilinə baxış keçirən zaman avtomobildən bir ov tüfəngi aşkar etmişlər. Həmin tüfəngə icazə sənədinin təqdim etməsi bildirildikdə sürücü tüfəngin sənədinin üzərində olmadığını bildirərək polis əməkdaşları ilə mübahisə etmişdir. Bundan sonra polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bu səbəbdən də ona rayon polis şöbəsinə getməyi təklif etmişlər. Şəxs öz avtomobili ilə rayon polis şöbəsinə getmək üçün hərəkətə başladıqdan sonra 100-150 metr məsafə getdikdən sonra avtomobili saxlayaraq avtomobildən düşüb qaçmışdır. Polis əməkdaşları onu axtarsalar da, yerini müəyyən edə bilməmişdilər. Lakin xx.xx.2021-ci il tarixdə səhər saatlarında Şəxs yeri müəyyən olunaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, Yevlax rayonu Xaldan kəndi ərazisində fermada gözətçi işləyir. xx xxxxxx 2021-ci il tarixdə saat 00:30-da evdə yemək yedikdən sonra özünə məxsus tüfəngi də götürərək fermaya getmək üçün öz avtomobili ilə hərəkətə başlamışdır. Yolda hərəkətdə olan zaman polis əməkdaşları onun idarə etdiyi avtomobili saxladaraq ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin o, polis əməkdaşlarına şəxsiyyətini təsdiq edən sənədinin evdə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilinə baxış keçirərək avtomobilində olan tüfəngi aşkar etmişlər. Polis əməkdaşları tüfəngin sənədlərini istədikdə o, sənədlərin evdə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona rayon polis şöbəsinə getməyi təklif etdikdə o etiraz etmədən öz avtomobili ilə hərəkətə başlamışdır. Lakin biraz məsafə getdikdən sonra o, qorxduğundan avtomobilini saxlayaraq düşüb qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə rayon iki polis nəfəri ilə birlikdə Yevlax rayonu Xaldan kəndi ərazisində xidmətdə olarkan hərəkətdə olan avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün tərəflərindən saxlanılaraq sürücüdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə sürücünün üzərində şəxsiyyətini təsdiq edən sənəd olmasa da o özünü Şəxs kimi təqdim etmidir. Bundan sonra sürücü özünü şübhəli apardığı üçün onlar avtomobilə baxış keçirən zaman avtomobildən bir ov tüfəngi aşkar etmişlər. Ov tüfənginin saxlanması qaydaları vətəndaş tərəfindən pozulmuşdur. Belə ki, silahın içində patronlar olmuşdur. Həmin tüfəngə icazə sənədinin təqdim etməsi bildirildikdə sürücü tüfəngin sənədinin üzərində olmadığını bildirərək onlarla mübahisə etmişdir. Bundan sonra onlar vətəndaşı nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bu səbəbdən də onu rayon polis şöbəsinə getməyi təklif etmişlər. Şəxs öz avtomobili ilə rayon polis şöbəsinə getmək üçün hərəkətə başladıqdan sonra 100-150 metr məsafə getdikdən sonra avtomobili saxlayaraq avtomobildən düşüb qaçmışdır. Onlar vətəndaşı axtarsalar da, yerini müəyyən edə bilməmişdilər. Lakin xx.xx.2021-ci il tarixdə səhər saatlarında Şəxs yeri müəyyən olunaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X5 şahid X1 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 00:30-da özünə məxsus ov tüfənginin saxlama qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxx 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 11:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahid izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 590.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-122/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-122/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver