Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1221/2024 15.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax rayonunun Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:40-da Yevlax Mingəçevir-Bəhrəmtəpə yolunun Hürüuşağı kəndi ərazisində bir baş iri buynuzlu heyvanı (inək) nəzarətsiz qoyduğu üçün həmin heyvan X2 idarə etdiyi «X9» minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmış və nəticədə zərərçəkmiş şəxsə maddi zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, Vətən müharibəsi iştirakçısı və 2-ci qrup əlil olduğunu, hazırda sərbəst olaraq hərəkət edə bilmədiyini, hadisə nəticəsində bir baş iri buynuzlu heyvanının tələf olduğunu, aldığı pensiyadan əlavə gəlirinin olmadığını, nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ilə razılaşmadığını, həmçinin maddi imkanı olmadığından dəymiş maddi zərəri könüllü olaraq ödəyə bilmədiyini göstərərək, məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:40 radələrində etibarnamə ilə idarə etdiyi atasına məxsus olan «X9» minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yevlax Mingəçevir-Bəhramtəpə yolunun Hürüuşağı kəndi ərazisindən keçən hissəsində 40- 50 km/saat sürətlə hərəkətdə olan zaman bir baş iri buynuzlu heyvan qaçaraq asfalt yola çıxmış və özünü onun idarə etdiyi avtomobilin sol yan hissəsinə çırpmışdır. Həmin yolda malqara üçün keçid nişanı yoxdur. Heyvanın sahibi həmin vaxt heyvanın yanında olmamış, heyvanı nəzarətsiz qoymuşdur. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmiş və Şəxs protkolla tanış olduğunu, protkolda qeyd edilənlərə razı olduğunu göstərmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «X9» minik markalı, ** CO *** dövlt qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan «X9» minik markalı, ** CO *** dövlt qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X3 etibar etmişdir. İşdə olan Avtovaz Texniki Xidmət Yevlax 1 saylı «Xəzər-Lada» Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 08 saylı rəydən görünür ki, “X9” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə 2890 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2-ci qrup əlildir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kmil oğlunun əməlindən səmimi peşman olması, ikinci qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallardır və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1221/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1221/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver