Məhkəmə qərarları › İş №3(039)-1228/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1228/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1228/2024 28.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" Fermer Təsərrüfatı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən RVİ-N20-SİR-140823 saylı müqavilə əsasında xx.xx.2024-cü il tarixli, **********4191 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına ixrac edilən yükün dəyərinin qalıq 840,90 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, **********4798 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına ixrac edilən yükün dəyərinin qalıq 5319,81 ABŞ dolları və xx.xx.2024-cü il tarixli, **********7385 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına ixrac edilən yükün dəyərinin qalıq 337,20 ABŞ dolları, 3 bəyannamə üzrə cəmi 6497,91 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********4191 saylı, xx.xx.2024-cü il tarixli, **********4798 saylı və xx.xx.2024-cü il tarixli, **********7385 saylı 3 ədəd gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 6497,91 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 00900-00526/24 saylı protokoldan görünür ki, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********4191 saylı, xx.xx.2024-cü il tarixli, **********4798 saylı və xx.xx.2024-cü il tarixli, **********7385 saylı 3 ədəd gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 6497,91 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən yük ixrac olunmuş və bu barədə xx.xx.2024-cü il tarixli, **********4191 saylı, xx.xx.2024-cü il tarixli, **********4798 saylı və xx.xx.2024-cü il tarixli, **********7385 saylı 3 ədəd gömrük bəyannaməsi tərtib olunmuşdur. Həmin gömrük bəyannamələri üzrə ixracatçı ixrac etdiyi məhsulun cəmi məbləği olan 6497,91ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməmişdir və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 35 faizi miqdarında, yəni 2274 (iki min iki yüz yetmiş dörd) ABŞ dolları 91 (doxsan bir) sent (ödənilən günə manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Fermer Təsərrüfatı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta- 6497,91 ABŞ dolları vəsaitin otuz beş faizi miqdarında, yəni 2274 (iki min iki yüz yetmiş dörd) ABŞ dolları 91 (doxsan bir) sent (ödənilən günə manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar