Məhkəmə qərarları › İş №3(039)-123/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-123/2020

24.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-123/2020 24.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlaslan oğlunun Zərərçəkmiş şəxs X4 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 iştirakı ilə Şəxs Əlaslan oğlunun barəsində Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs Əlaslan oğlu xx xxxxxx 2020-ci il tarixdə təxminən yaşadığı Yevlax rayonu, Əkşəm kəndində yerləşən torpaq sahəsində həmkindlisi X4 ünvanına ucadan nalayiq söyüşlər söyərək söyərək təhqir etmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 izah etdi ki, Yevlax rayonu, Əkşəm kəndində yaşayan X1 RPŞ-nə ərizə ilə müraciət edərək, həmkəndlisi Şəxs yaşadaıqları kənddə yerləşən torpaq sahəsində onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etdiyini bildirmiş və bu barədə müvafiq tədbirlər görülməsini xahiş etrmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs Əlaslan oğlunun barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlaslan oğlu izah etdi ki, Kəlbəcər rayonundan məcburi köçkündür və Yevlax rayonu, Əkşəm kəndində məskunlaşmışdır. Kəklik Qasımova onun həmkəndlisidr. Kəkliklə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə ozünə məxsus heyvanları otaran zaman heyvanları Kəklik Qasımovaya məxsus torpaq sahəsinə keçmişlər. Kəklik Qasımova ondan heyvanlarını ona məxsus torpaq sahəsindən çıxarmasını tələb etmişdir. Bu vaxt aralarında söz mübahisəsi baş vermişdir və hirsli olduğu üçün Kəklik Qasımovanın ünvanına nalayiq söyüş söymüşdür. Hazırda əməlindən peşmandır və Kəklikdən üzr istəmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izah etdi ki, Şəxs Əlaslan oğlu onun həmkəndlisidr. xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Əkşəm kəndində yerləşən torpaq sahəsində bir neçə baş iri və xırdıabuynuzlu heyvanlar görmüşdür. Həmin heyvanların Şəxs məxsus olduğu bilmişdir. Bu səbəbdən Şəxs yaxınlaşıb heyvanlarını ona məxsus torpaq sahəsindən çıxartmağını bildirmişdir. Bu zaman Şəxs onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra isə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Elman ondan üzr istəmişdir və hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs barəsində yüngül inzibati tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlaslan oğlunun, zərərçəkmiş şəxs X4 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Əlaslan oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Əlaslan oğlunun haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığı, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlaslan oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlaslan oğlunun hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlaslan oğlunun şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Əlaslan oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1974-cü il tarixdə Kəlbəcər rayonu, Tövlədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Kəlbcər rayonu, Tövlədərə kəndində qeydiyyatda olan, Yevlax rayonu, Əkşəm kəndində məskunlaşan Şəxs Əlaslan oğu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlı̇k edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar