Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-123/2024 06.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 2/16-da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 06 mart 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində BDYPİ-nin YPXİ-nin əməkdaşının xidmətinə maneəçilik yaradaraq onun qanuni tələbinə tabe olmamışdır. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Nicat Nəsibov məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı Vİİİ tağımın YPXİ-u polis nəfəri, polis baş serjantı X1 xidmətdə olarkən Leksus markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomaşın sol zolaqla hərəkət etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmış, sürücüyə qayda pozuntusu izah edilmişdir. Lakin həmin vətəndaş polisin qanuni tələbinə tabe olmayaraq polis əməkdaşına qarşı söyüşlər işlətmişdir. Ona görə həmin şəxs polis əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra X4 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində özü məxsus Leksus markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və YPX avtomobilində olan polis əməkdaşı avtomobildən döşərək ona ona avtomaşını sol zolaqla hərəkət etdiyini bildirdikdə, aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra o, polis əməkdaşından üzr istəmişdir. Hazırda əmləndən peşman olmasını bildirərək barəsində həbslə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı Vİİİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X1 çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində xidmətdə olarkən Leksus markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomaşın sol zolaqla hərəkət etdiyinə görə tərəfindən saxlanılmış, sürücüyə qayda pozuntusu izah edilmişdir. Lakin həmin vətəndaş onun qanuni tələbinə tabe olmayaraq ona qarşı söyüşlər işlətmişdir. Ona görə həmin şəxs tərəfindən saxlanılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Hadisədən sonra vətəndaş ondan üzr istəmişdir. Barəsində həbslə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Polis nəfəri, polis serjantı X3 məhkəmə iclasında şahid Eldəniz Qarayevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Müdafiəçi Vəkil məhkəmə iclasında Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli 06 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində BDYPİ-nin YPXİ-nin əməkdaşının xidmətinə maneəçilik yaradaraq onun qanuni tələbinə tabe olmamışdır; TP ******* saylı, 06 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin, Şəxs özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əli
Məhkəmə qərarları › İş №3(039)-123/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-123/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver