Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1233/2024 18.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax rayon prokurorunun köməkçisi X3, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Əkşəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333-1.1-ci maddələri ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli Qeydiyyat № 24- 1-2-2-459-1594-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Yevlax rayonu ərazisində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Hyundai Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan və narkotik vasitə olan marixuanadan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Yevlax rayon prokurorunun köməkçisi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Yevlax rayonu ərazisində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Hyundai Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan və narkotik vasitə olan marixuanadan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna əsasən sürücü tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində sürücünün alkoqoldan və narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli Qeydiyyat № 24-1-2-2-459-1594-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Yevlax rayonu ərazisində etbarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Hyundai Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan və narkotik vasitə olan marixuanadan istifadə etməsi nəticəsində sərxoş vəziyyətində idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 345 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs alkoqoldan və narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 333.1 -ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə ona İXM-nin 333-1.1-ci maddələrinin sanksiyası hədləri daxilində (daha ciddi xətaya görə) inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına dəyişiklik edilməsinə dair xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən müdafiəçiyə ödənilən haqq hər saat üçün 6 (altı) manat müəyyən edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi X2 9 manat haqq hesablanıb verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 oğlunun göstərdiyi 1 (bir) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 9 (doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1233/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1233/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver