Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-124/2020 24.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs X4 məxsus 1 ədəd İPHONE 6 markalı mobil telefonu aldadaraq ələ keçirtmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxxxxx 2019-cu il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 izah etdi ki, Sumqayıt şəhəri Xəzər bağlar massivi Yuxarı küçəsədə yaşayan X1 xx xxxxxxxx 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzi Sisteminə daxil olmuş müraciətində 3-4 ay əvvəl tap.az saytında 290 manata İPHONE 6 markalı mobil telefonu satması ilə bağlı yerləşdirildiyi elanla əlaəqdar onunla ***-***-**-** nömrəsindən əlaqə saxlayan Şəxs telefonu götürdükdən sonra pulunu göndərəcəyini deməsi səbəbindən həmin şəxsə mobil telefonu göndərdiyini, lakin sonuncunun Mingəçevir şəhər avtovağzalında telefonu götürməsinə baxmayaraq pulu ona göndərmədiyini bildirmişdir. Eyni zamanda X1 xx xxxxxxxx 2019-cu il tarixdə X11 Şöbəsinə ünvanladığı ərizəsində, Şəxs 290 manata İPHONE 6 markalı mobil telefon göndərdiyini, həmin şəxsin ona 50 manat beh göndərsə də, yerdə qalan 240 manat pulunu qaytarmadığını bildirmişdir. X1 müraciətoi əsasında X11 Şöbəsində toplanmış material ərazi aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və bu barədə Yevlax Rayon Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmışdır. RPŞ-nin TB-nin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, o, hazırda Yevlax rayonu Yuxarı Salamabad kəndində yaşayır. X5 şəxsən tanımır. Özünə telefon almaq məqsədilə İnstaqram sosial şəbəkəsində 250 manata İphonel 6 markalı telefon satıldığı görmüş, həmin elanda Adilin ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb telefon almaq istədiyini bildirmişdir. Danışıq zamanı Adil 10 manat qiymətdə endirim etmişdir. İlkin olaraq poçt vasitəsi ilə beh kimi Adilə 50 manat pul göndərmiş, Adil isə 2019-cu ilin mart ayının axırlarında Bakıdan gələn avtobus vasitəsi ilə telefonu göndərmiş, telefonu Yevlax rayonu Xaldan kəndində olan Ağdaş kruqu adlanan dairənin yaxınlığında avtobustan götürmüşdür. Adillə razılaşmasına əsasən hər ay ona 50 manat pul göndərəcəyinə söz vermişdir. Adilə 190 manat verəcəyi qalmışdır. Telefonu götürdüyü gün telefonu işlədən zaman telefonun əlində qızdığı üçün telefonu ustaya aparmış, Mingəçevir şəhərində usta ona telefonun xarabdır, yarasız vəziyyətdə olduğunu demişdir. Bundan sonra Adilə zəng edib məlumat vermiş, ona 50 manat pulu göndərsə, o da telefonu geri göndərəcəyini bildirmişdir. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Bu günə kimi, Adilə verəcəyi pulu göndərməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş olan ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis kapitanı Yunis İsmayılovun izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, tərəflərin arasında nisyə alqı-satqısı baş vermiş, bü müqavilə öhdəliklərindən irəli gələn mübahisələr İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibini yaratmır, çünki heç bir etibardan sui istifadə halı baş verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda həmin iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-124/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-124/2020
24.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver