Məhkəmə qərarları › İş №3(039)-124/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-124/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-124/2021 04.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan görünr ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə «xxxx» MMC-yə məxsus Yevlax şəhəri, Kür çayının sahilində yerləşən otelin yarımçıq tikili binasından dəmir tullantılarını oğurlamışdır. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxxx 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X6 izah etdi ki, X1 RPŞ-yə ərizə ilə müraciət edərək, «xxxx» MMC-yə məxsus olan oteldən dəmir tullantılarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını və nəticədə X4 40-50 manat ziyan dəymiş olduğunu bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmışdır. RPŞ-nin TB-nin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, zibillikdə olan dəmir tullantılarını yığmaqla məşğul olur. xx xxxxxx 2021-ci il tarixdə küçələrdə olan dəmir tullantılarını yığa-yığa Kür çayının sahilinə gəlmişdir. Kür çayının sahilində yerləşən yarımçıq tikilmiş otelin foyesinə daxil olmuş və orada dəmir tullantılarının olub-olmadığını yoxlamışdır. Lakin orada heç bir dəmir tullantısı tapmamışdır. Əl arabasını götürüb oradan uzaqlaşmaq istəyən zaman iki nəfər polis əməkdaşları qaçaraq ona yaxınlaşmışlar və onu polis şöbəsinə aparmışlar. Nə otelin içərisindən, nə də onun çölündən heç bir şey oğurlamamışdır. Əl arabasında olan dəmir tullantılarını zibillikdən yığmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izah etdi ki, «xxxx» MMC-də müdafiə xidmətinin rəisi vəzifəsində işləyirr. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Məhkəmədən Şəxs heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X3 izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmamasını və ona dəymiş olan ziyanın ödənilməsini bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar