Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-126/2020 24.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22.00 radələrində Yevlax rayonu, Xaldan kəndi ərazisində X4 ilə mübahisə edərkən, onları nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22.00 radələrində Yevlax RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Sahil Əzizov və X10 rayonu, Xaldan kəndi ərazisində xidmətdə olarkən, “Şəki dairəsi” adlanan dairənin yaxınlığında iki nəfər şəxsin yüksək səslə biri-biriləri ilə mübahisə edərək söyüş söydüklərini görmüşlər. Bu səbəbdən polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib sonuncuları sakitləşdirmək üçün nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən polis əməkdaşları Şəxs və Bəxtiyar Yaqublunu rayon polis şöbəsinə gətirmişlər və bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Ağcaqovaq kəndində yaşayır. Bəxtiyar Yaqublu onun həmkəndlisidir. Təxminən 20 gün əvvəl Bəxtiyardan 100 (bir yüz) manat borc almışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22.00 radələrində Bəxtiyara məxsus avtomobillə Yevlax rayonu, Xaldan kəndinə gəlmişlər. Orada Bəxtiyar ona borclu olduğu 100 manatı qaytarmasını tələb etmişdir. Lakin o, Bəxtiyara pulunun olmadığını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı biri-birilərinin ünvanına söyüş söymüşlər. Ərazidə xidmət edən polis əməkdaşları onlara yaxınlaşıb sakitləşmələrini bildirərək, onları nizam-intizama dəvət etmişlər. Həmin vaxt əsəbi olduğumuz üçün polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Hazırda səhvini başa düşür, polis əməkdaşından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X6 izahatında göstərdi ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 22.00 radələrində Yevlax RPŞ-nin PPXB-nün polis nəfər, polis serjantı X9 rayonu, Xaldan kəndi ərazisində xidmətdə olarkən, “Şəki dairəsi” adlanan dairənin yaxınlığında iki nəfər şəxsin yüksək səslə biri-biriləri ilə mübahisə edərək söyüş söydüklərini görmüşlər. Bunu görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib sonuncuları sakitləşdirmək üçün nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən adları sonradan məlum olan Şəxs və Bəxtiyar Yaqublunu rayon polis şöbəsinə gətirmişlər və bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Şahin Fətullayevin və şahid Ravil Alışovun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini, mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşman olmasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxxx 1995-ci il tarixdə Ağdaş rayonu, Ağcaqovaq kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Ağcaqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlı̇k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-126/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-126/2020
24.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver