Məhkəmə qərarları › İş №3(039)-1268/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1268/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1268/2024 15.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri Şeyx Şamil küçəsi ev 17-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 14 noyabr 2024-cü il tarixdə, saat 22:45 radələrində Yevlax rayonunun Xaldan kəndində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşlarının və daha sonra Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, heç bir inzibati xəta hadisəsi törətmədiyini, polis əməkdaşları tərəhindən ona fiziki güc tətbiq edildiyini göstərərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şahidlərin ifadələri və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, 14 noyabr 2024-cü il tarixdə X6 ilə xidmət apararkən Yevlax rayonunun Xaldan kəndinin ərazisində saat 22:45 radələrində «Hyundai Elantra» markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cahazlarından düzgün istəifadə etmədiyi üçün tərəfindən saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və sənədləri təqdim etməsini tələb etmişdir. Bu zaman həmin nəqliyyat vasitəsində olan iki nəfər sərnişin avtomobildən düşərək sürücü ilə birgə xidməti fəaliyyətlərinə maneçilik törədərək, əl-qol hərəkətləri etməyə başlamışlar. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də, sürücü və sərnişinlər onların qanuni tələblərinə məhəl qoymayaraq səs-küy salmağa və qaçmağa cəhd etmişlər. Həmin şəxslərin Yevlax RPŞ-nin DYPB-ə gəlmələri təmin edilmiş və avtomobili duracağa yerləşdirmək istəyən zaman sonradan adını bildiyi Şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və özünü yerə çırparaq, səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, raportla rəhbərliyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi və polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə fiziki güc tətbiq edilməsi iş materialları və şahidlərin ifadələri ilə təkzib edilmişdir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protkoldan görünür ki, baxış zamanı Şəxs bədənində xəsarətlər aşkar edilməmişdir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlər də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü yerə çırparaq səs-küy saldığını göstərmişlər. Beləlikl, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alıb onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir İşdə olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü ildə, saat 22:45də inzibati qaydada tutulmuşdur. Buna görə də Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 22:45-dən hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən, saat 22:45-dən hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar