Məhkəmə qərarları › İş №3(039)-127/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-127/2020

05.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-127/2020 05.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 X1 iştirakı ilə vətəndaş X3 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-nin BDYP-xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarından vermiş olduğu şikayətə baxaraq, MÜƏYYƏN ETDİ : Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə 50 manat inzibati cərimə edilmişdir. X4 məhkəməyə ərizə təqdim edərək, hazırda həmin qərardan şikayəti olmadığından, şikayəti və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X3 DİN-nin BDYP-xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarından vermiş olduğu şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : X3 DİN-nin BDYP-xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar