Məhkəmə qərarları › İş №3(039)-127/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-127/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-127/2021 17.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi gömrük postunun böyük inspektoru X2, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməkləTərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına T211PH178/AP012105 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal olunmuş 19980 kiloqram “qara günəbaxan toxumları” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada tərtb edilib göndərilmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi gömrük postunun böyük inspektoru X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq qeyd olunan MMC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, xx xxxxx 1996-cı il tarixdə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Şəxs MMC 2016-cı il tarixində təsis olunmuşdur. Hüquqi ünvanı Tərtər rayonu, Xoruzlu kəndidir. O, 2020-ci ilin mart ayından Şəxs MMC-də mühasib vəzifəsində çalışır. Təmsil etdiyi müəssisənin əsas fəaliyyəti kənd təsərüffatı məhsullarının emalı və satışıdır. xx xxxxxxx 2020-ci ildə Rusiya Federasiyası, Stavropol şəhərində yerləşən RUSAQROEKSPORT şirkəti ilə günəbaxan tumunun alınması üçün üçün müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən idxal olunan 19980 kiloqram “qara günəbaxan toxumları” yükünün rəsmiləşdirilməsi üçün xx xxxxxx 2021-ci il tarixində Yevlax gömrük postuna müraciət olunmuş, lakin sənədlərə baxış keçirilərkən şirkət tərəfindən malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar olunmuşdur. Göstərlənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli, 11000-0077/21 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməkləTərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına T211PH178/AP012105 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal olunmuş 19980 kiloqram “qara günəbaxan toxumları” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada tərtb edilib göndərilmədiyi aşkar olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi gömrük postunun böyük inspektoru X2 və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 çıxışını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. üzdür” Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar