Məhkəmə qərarları › İş №3(039)-1277/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1277/2025

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1277/2025 30.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X7 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, "xxxx" MMC-nin təsisçisi X1 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Aran regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Aran regional şöbəsi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş Şahid4 və digər 5 nəfər işçinin əmək hüquqlarının bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-52639/2025 nömrəli icrası məcburi göstərişinin Şəxs MMC tərəfindən icra edilməməsi olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-1277/2025 saylı qərarı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-314/2025 saylı qərarı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 3(039)- 1277/2025 nömrəli qərarı ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X2 izahat verərək göstərdi ki, əmək müqaviləsinə xitam verilmiş şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə cəmiyyət tərəfindən son haqqhesabların verilməməsi ilə bağlı kollektiv müraciət etmişlər. Bu səbəbdən də DƏMX-nin Mərkəzi Aran regional şöbəsi tərəfindən cəmiyyətə 11 iyun 2025-ci il tarixdə icrası məcburi göstəriş göndərilmişdir. Həmin göstəriş müddəti ötürməklə də olsa, icra olunaraq 14 səhifəlik məktubla DƏMX-in Mərkəzi Aran regional şöbəsinə təqdim edilmişdir. Adı çəkilən şəxslər son haqq-hesabın ödənilməməsi ilə bağlı müraciətlərinə münasibətdə bildirmək istəyir ki, qarşılıqlı razılıq əsasında işçilərin bəzilərinə pul qarşılığında istehsal etdikləri kərpic verməyə razı olmuşlar. Lakin şəxsən müəssisəyə yaxınlaşmadıqları üçün pul qarşılığında kərpicin verilməsi mümkün olmamışdır. Bundan başqa müəssisədən şikayətçi olanlardan Şahid2 rəsmi işçi olmamışdır. Şikayət verənlərdən digəri Şahid6 ilə isə tam haqq-hesab edilmişdir. Buna baxmayaraq fərqli məbləğlər göstərməklə dövlət orqanlarına müəssisədən şikayət etmişdir. Odur ki, qeyd edilənləri nəzər alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, əvvəllər "xxxx" MMC-nin indi isə Şəxs MMC-nin rəhbəridir. DƏMX-in Mərkəzi Aran regional şöbəsinin göstərişinə şifahi qaydada vaxtında məlumat versələr də, yazılı məlumatı qanunvericilikdə göstərilən müddəti ötürməklə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildidi ki, o, uzun illər kərpic zavodda işləmişdir. Həmin zavod adını bir neçə dəfə dəyişmişdir. Belə ki, əvvəllər "xxxx" MMC daha sonra Şəxs MMC olmuşdur. Şikayət verməsinin əsası isə Bloksi” MMC-də işlədiyi müddətin son haqq-hesabı aparılmaması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 izahat verərkən digər şahid X3 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Əlavə olaraq bildirdi ki, həm "xxxx" MMCdən, həm də Şəxs MMC-dən şikayətçi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirdi ki, o, Şəxs MMC-nin rəsmi işçisi olmada da özünə məxsus avtomobillə zavoddan kərpic götürərək ünvanlara çatdırmışdır. Lakin sonuncu dəfə Şəxs MMC-dən avtomobilinə kərpic yükləyərək alıcıya çatdırsa da, cəmiyyət onun pulunu verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar Şahid4 və digərlərinin Şəxsndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanladıqları kollektiv müraciətə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsində baxılmışdır. Həmin kollektiv müraciətlə bağlı Şahid4, Şahid6, Şahid5, Şahid3, Şahid1və Şahid7 düşən bütün ödənclərin tam məbləğdə ödənilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 30 gün müddətində Regional şöbəyə məlumat verilməsi üçün Cəmiyyətin rəhbərliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-52639/2025 nömrəli icrası məcburi olan göstəriş göndərilmiş, lakin göstərişin yerinə yetirilməsi barədə müvafiq məlumat Cəmiyyətin rəhbərliyi tərəfindən Regional şöbəyə təqdim edilməmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-52639/2025 nömrəli icrası məcburi göstərişdən görünür ki, vətəndaşlar Şahid4 və digərlərinin Şəxsndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanladıqları kollektiv müraciətə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsində baxılmışdır. Həmin kollektiv müraciətlə bağlı Şahid4, Şahid6, Şahid5, Şahid3, Şahid1 və Şahid7 düşən bütün ödənclərin tam məbləğdə ödənilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 30 gün müddətində Regional şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, SS928924835AZ kodlu məktub xx.xx.2025-ci il tarixdə saat 15:14-də Şəxs MMC-yə çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 dekabr 2025-ci il tarixli, 3-21-2-17/2-147321/2025 nömrəli məktubundan görünür ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə ********** VÖEN ilə uçota alınmış və faliyyəti aktivdir. Şəxs MMC xx.xx.2021-ci il tarixdə ********** VÖEN ilə uçota alınmış və faliyyəti aktivdir. Dövlət reyestr məlumatlarında adları qeyd olunan cəmiyyətlər arasında hüquqi varisliyin olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-1277/2025 saylı qərarı ləğv edilərkən, apellyasiya inistansiyası tərəfindən qeyd edilən hallar, yəni “Bloksi MMCnin "xxxx" MMC-nin hüquqi varisi olub-olmaması, şikayətçilərin hansı müəssisədən şikayətinin olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmış, həmçinin 08 may 2025-ci il tarixli, 38 nömrəli məktubu "xxxx" MMC-nin və “Bloksi MMC-nin adına yüklənmiş və Muradov.Ş tərəfindən imzalanması müəyyən edilmişdir. İş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar