Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1298/2025 01.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X7 Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə yaşadığı evdə Zərərçəkmiş şəxs ilə aralarında mübaisə yaranmışdır. Mübahisəyə səbəb isə onun tanışı X1 1700,0 manat məbləğində pul verməsi olmuşdur. Mübahisə zamanı hirslərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. O, hesab edir ki, həyat yoldaşı 1700,0 manat pulu Elnarə Bağırovaya verməsinə görə onunla dava etməkdə haqsız olmuşdur. Çünki ailədə işləyən və qazanc gətirən odur. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X2 Bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Onlar 2006-cı il tarixdə ailə qurmuşlar. Birgə nikahdan iki övladları var. Həyat yoldaşı Xalid mütəmadi olaraq onunla əsassız mübahisələr edir, dava-dalaş salır və təhqir edir. Qardaş və bacılarının onların evinə gəlməməsini tələb edir. xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə aralarında mübahisə olduğu üçün Şəxs tərəfindən onu döyərək xəsarət yetirmişdir. Hazırda Xalidlə barışmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 368 nömrəli xx.xx.2025-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərsol bazunun yuxarı 1/3-nin ön-yan səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sol tərəf bel nahiyyəsinin qançırı əsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zaman müəyyən edilmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs 2006-cı ildən rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. xx.xx.2025-ci il tarixdə birgə yaşadıqları ünvan 1 ünvanında aralarında ailə-məişət zəminində baş verən mübahisə zamanı Şəxs öz həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona qəsdən fiziki ağrılar yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı tərəflərin münasibətlərinin hələ də kəskin olduğu, inzibati xəta törətmiş şəxslə zərərçəkmiş arasında barışıq əldə olunmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təyin ediləcək inzibati təhbeh növü inzibati xəta törətmiş şəxsin əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə həmin şəxsin qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400,0 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1298/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1298/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver