Məhkəmə qərarları › İş №3(039)-13/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-13/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-13/2021 06.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Meyvəli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin tövləsindən Zərərçəkmiş şəxs icazsəi olmadan 100 (bir yüz) ot bağlamasını aparmışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 izah etdi ki, Yevlax rayonu, Meyvəli kənd sakini Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat verərək, Şəxs onun yaşadığı evə gələrək onu və ailə üzvlərini təhqir etməsini bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs onun bacısının həyat yoldaşıdır. Zərərçəkmiş şəxs bacısından ayrılmışdır. Bacısının hal hazıra Meyvəli kəndində yaşadığı ev onun nənəsinə məxsus olmuşdur. İstədiyi vaxt həmin mənzilə daxil olmuş və bacısı ilə arasında heç bir problemləri olmamışdır. Bacısı oğlu Kənan Həsənov 4 ildən artıq müddətdir ki ona məxsus qoyunlara baxır. Kənan ondan öz heyvanlarına baxması üçün 100 ot bağlamasını istəmişdir. Söhbət zamanı həmin ot bağlamalarının pulunu aylıq əmək haqqından çıxılmasını və ona aylıq olaraq 50 manat məvacib verilməsini bildirmişdir. O, isə həmin ot bağlamalarını alaraq Kənan Həsənova vermişdir. X7 bir müddət sonra səfərbərlik tərəfindən hərbi xidmətə çağırılmışdır. Kənan getdiyi üçün ot bağlamalarının pulunu ödəməmişdir. O, da ot bağlamalarını götürmək üçün xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Qazel” markalı avtomobili ilə bacısı evinə getmiş və evin tövləsində olan ot bağlamalarını idarə etdiyi "Qazel” markalı avtomobilə yığmışdır. Həmin vaxt qaynı Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin yaranmışdır. Zərərçəkmiş şəxs və o, biri birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Lakin buna baxmayaraq 50 (əlli) ədəd ot bağlamasını idarə etdiyi “Qazel” markalı avtomobilə qoyaraq oradan uzaqlaşmışdır. O, evə oğurluq niyyəti ilə getməmişdir. İstədiyi vaxt həmin evə gedib gəlmişdir. Kənan ot bağlamalarının pulunu ödəmədiyi üçün gedib ot bağlamalarını götürmüşdür. Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs onun qaynıdır. Şəxs onun oğlu Kənan Həsənovu öz yanında işlədir. Kənan Həsənov Şəxs məxsus qoyunlara baxır və bunun müqabilində Şəxs ona aylıq olaraq 100 manat əmək haqqı verir. X8 qoyunlara baxması və qoyunları yedirtməsi üçün 100 ot bağlamasın Şəxs tərəfindən verilmişdir. Həmin ot bağlamasının pulu Şəxs tərəfindən oğlunun aylıq əmək haqqından tutulmuşdur. Oğlu Kənan səfərbərlik xidməti tərəfindən əsgər çağırıldığı üçün Şəxs artıq qoyunlarına baxa bilməyəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şəxs onun icazəsi olmadan onun yaşadığı evə daxil olmuş, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək, onun razılığı olmadan həyətdən 100 ot bağlamasını idarə etdiyi “Qazel” markalı avtomobilə dolduraraq onun evindən uzaqlaşdırmışdır. Hər bir ot bağlamasının qiyməti 3 manatdır. Ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxsə ümumilikdə 300 (üç yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını taladıqda inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs oğlu Kənan Həsənovun dayısıdr. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş və mübahisənin mahiyyəti mülki mübahisəli xarakterli olduğundan inzibati xəta hadisəsi və tərkibi yoxdur. Zərərçəkmiş şəxs izah olunsun ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada iddia tələbi qaldırmaq hüququ vardır. Məhkəmə baxışında Şəxs göstərilən inzibati xətanı törətməsi sübut olunmamışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114- 115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar