Məhkəmə qərarları › İş №3(039)-131/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-131/2020

25.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-131/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi İlham Xəlilov xidməti zərurəti ilə əlaqədar olaraq Yevlax rayonu, Salahlı kəndində başqa bir vətəndaşın izahatını alarkən Şəxs izahatın alınmasına əsassız müdaxilələr etmiş, dəfələrlə xəbərdarlıq edilməsinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə tanıdığı X5 ona zəng edərək onların evlərinə polis əməkdaşlarının onun şikayəti əsasında izahatını almaq üçün gəldiklərini və onun da orda iştirak etməsini xahiş etmişdir. Bu səbəbdən də o, Duman Kərimovun evinə getmişdir. Qeyd edilən ünvanda polis əməkdaşı Duman Kərimovun izahatını alan zaman əsassız sualların olduğunu görüb polis əməkdaşına düzgün formada izahatın alınmasını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona müdaxilə etməməsi barədə xəbərdarlıq etdiyindən o həmin evdən çıxaraq getmişdir. Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnikleytenantı X6 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi İlham Xəlilov xidməti zəruriyəti ilə əlaqədar olaraq Yevlax rayonu, Salahlı kəndində başqa bir vətəndaşın izahatını alarkən Şəxs izahatın alınmasına əsassız müdaxilələr etmiş, dəfələrlə xəbərdarlıq edilməsinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnikleytenantı X3 xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə şikayətçi X2 yaşadığı Yevlax rayonu, Salahlı kəndində yerləşən evində olarkən, Şəxs şökayətçinin qohumu kimi həmin ünvana gələrək izahat işləri aparılmasına əsassız müdaxilələr etməyə çalışmış, dəfələrlə xəbərdarlıq edilməsinə məhəl qoymayaraq üzərində olan telefonla həmin vaxt DİN-nin 102 xidmətinə vətəndaş Duman Kərimovu təkrar şikayət etməyə vadar etmiş, ona hüquq və vəzifələri izah edilməklə polisin qanuni tələbinə məhəl qoyması barədə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz əməllərini davam etdirmişdir; Şəxs xx.xx.2020-ci il tarixli izahatından görünür ki, tanıdığı X5 ona zəng edərək izahatın alınmasında iştirak etməsini xahiş etmişdir. O, polislərdən Duman Kərimovun savadsızlığını nəzərə alıb izahatı onun olduğu kimi yazmasını xahiş etmişdir. O, polisin işinə müdaxilə etməmişdir. Daha sonra həmin yerdən çıxıb getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar