Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-131/2021 05.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən və Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokollarda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 11:30-da Yevlax rayonu Qoyunbinəsi kəndində ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-2037/2019 saylı qətnaməsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2010-cu il təvəllüdlü Ağalarova Rəvan Elnur oğlunun və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağ görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Ağalarova Durna Elxan qızına verilməlidir və hazırda 1800 manat məbləğində aliment borcu yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 528.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Xəyal Səlimli izah etdi ki, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X9 izah etdi ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Coşqun Bəkirov, polis nəfərləri Rüfət Həsənov və Alim Qurbanov ilə birlikdə xx xxxxxxx 2020-ci il tarixli 400240 nömrəli mülki (aliment) axtarışda olan Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan Şəxs Yevlax Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsini təmin etmək məqsədiilə yaşadığı ünvanda olasalar da, o, qapını açmaqdan imtina edərək həyətində daha sonra isə kənd yolunda qapılarının qarşısında ucadan polisin ünvanına nalayiq ifadələr işlədərək polis şöbəsinə gəlməkdən yayınmışdır. Həmçinin polis əməkdaşları həmin şəxs nizam-intizama dəvət etsələr də, həmin şəxs öz aqresiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qsədən tabe olamamışdır. Həmin şəxs polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Coşqun Bəkirov raportla RPŞnin rəhbərliyinə müraciət etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-2037/2019 saylı qətnaməsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2010-cu il təvəllüdlü Ağalarova Rəvan Elnur oğlunun və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağ görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Ağalarova Durna Elxan qızına verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs oğlunun yerinin müəyyən edilməsi məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və Yevlax rayon Polis şöbəsində borclu barəsində xx xxxxxxx 2020-ci il tarixdən 400240 saylı axtarış işi açılmışdır. Borclu Şəxs yeri Yevlax rayon polis şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 1800 manat borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxxxx 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayır. Heç bir yerdə işləmir. İcra sənədi üzrə bildirişi almışdır. Hazırda icra sənədi üzrə tələbkar Durna Ağalarova 1800 manat məbləğində aliment borcu yaranmışdır. Həmin aliment borcunun ödənilməsi məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə səhər saat 11 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Bu zaman aralarında mübahisə yaranmış və polisin qanuni tələblərinə ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşı onu nizam-intizama dəvət etmişdir. Bundan əsəbləşərək ucadan səs-küy salmış və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşı onu məcburi qaydada polis şöbəsinə aparmışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis nəfərləri Rsfət Həsənov və Alim Qurbanov ilə birlikdə xx xxxxxxx 2020-ci il tarixli 400240 nömrəli mülki (aliment) axtarışda olan Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan Şəxsnnun Yevlax Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsini təmin etmək məqsədi ilə yaşadığı ünvanda olasalar da, o, qapını açmaqdan imtina edərək, həyətində daha sonra isə kənd yolunda qapılarının qarşısında ucadan polisin ünvanına nalayiq ifadələr işlədərək polis şöbəsinə gəlməkdən yayınmışdır. Həmçinin həmin şəxs nizam-intizama dəvət etsələr də, həmin şəxs öz aqresiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qsədən tabe olamamışdır. Həmin şəxs tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. İnzibati işə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X5 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:30-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Xəyal Səlimlinin və Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad cabbarovun, şahid Coşqun Bəkirovun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilsə də, inzibati xəta törətmiş şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsinə tənbeh edilməlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını, şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az xx xxxxx 2019-cu il İş № 3(039)- 360/2019 Yevlax Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Elnur Mehdiyevə Hörmətli Elnur müəllim ! X6 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Yevlax rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 3(039)-360/2019 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti. Hörmətlə, Məhkəmənin Hakimi: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-131/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-131/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver