Məhkəmə qərarları › İş №3(039)-131/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-131/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-131/2024 11.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Vİİİ tağım YPX inspektoru polis baş serjantı X1 tərəfindən tərtib olunmuş protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 06 mart 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Yevlax rayon Polis şöbəsindən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş protokol və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, törədilməsi iddia edilən Azərbaycan Respublikasının İXM-nin 334- 1.1-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli 446 saylı aktda Şəxs sərxoş olması öz əksini tapmamışdır. Eyni zamanda şəxsin narkomaniyadan məcburi müalicəsi barədə məlumat iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan hazırki işə baxılarkən, sənədlərdəki mövcud natamamlığı tamamlamaq, aradan qaldırmaq mümkün olmadığından Şəxs Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 06 mart 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Yevlax rayon Polis Şöbəsinin YPİ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 100, 101, 103, 106, 109, 110, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 06 mart 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Yevlax rayon X3 Polis İdarəsinə geri qaytarılsın. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar