Məhkəmə qərarları › İş №3(039)-1320/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-1320/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-1320/2024 05.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi Şəxs MMC-nin barəsində İXM-in 485.2-ci maddəsi ilə EP ******* nömrəli 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan aydın olduğu kimi, xx.xx.2024-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına İtaliya Respublikasından idxal olunan və 08ABG067/08ABE468 nömrə nişanlı nəqliyyat vasitəsində daşınan SVWU ******* nömrəli konteynerdə gələn “Azərbaycan İstilik Elektrik Stansiyasında 1280 MVT əlavə generasiya gücünün yaradılması” layihəsi üçün “CamGT4V-300 F9 filters” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi faktı aşkar olunmuşdur. Məhkəmənin elektron sistemindən çıxarılmış Şəxs MMC barəsində vergi ödəyicilərinin məlumatından, habelə sözügedən protokoldan da göründüyü kimi, həmin hüquqi şəxsin hüquqi ünvanı ünvan 2 sözügedən inzibati xətanın hərəkətsizliklə törədilməsi nəzərə alınmalı və hazırki inzibati xəta haqqında işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır yəni Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 130 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır; 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-in 485.1-ci maddəsi ilə EP ******* nömrəli 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar