Məhkəmə qərarları › İş №3(039)-133/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-133/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-133/2023 17.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi-Yevlax şəhər vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1976-cı ildə Rusiya Federasiyyası, Maxaçkala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Yevlax şəhəri Y.Məmmədəliyev küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Yevlax şəhəri Y.Məmmədəliyev küçəsində baş vermiş ölüm hadisəsi ilə əlaqədar xidmətdə olarkən Şəxs səs-küy salaraq polis əməkdaşlarının xidmətlərini aparmaqlarına maneə törətmişdir. Onun və başqa bir neçə polis əməkdaşının Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o, səs-küy salaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra o, tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək bildirdi ki, .02.2023cü il tarixdə axşam saatlarında qohumunun eevində olan zaman ona yaşadığı evdə azyaşlı oğlunun qızını ona məxsus ov silahından istifadə edərək qətlə yetirdiyini bildirmişdilər. O, təşviş içində dərhal yaşadığı evə getmiş və oğlunun qızını öldürdüyünü görmüşdür. Bundan sonra polis əməkdaşları gəlmişlər. O, bütün baş verənlərə görə stress keçirtdiyindən özündə olmamışdır və bu səbəbdən də polis əməkdaşları ilə mübahisə etmişdir. Hazırda əməlindən peşman olmasını, bir qızının ölməsini və onun yas mərasiminin təşkil olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPX bölüyünün polis nəfəri, polis serjantı X12 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Yevlax şəhəri Y.Məmmədəliyev küçəsində baş vermiş ölüm hadisəsi ilə əlaqədar xidmətdə olarkən Şəxs səs-küy salaraq polis əməkdaşlarının xidmətlərini aparmaqlarına maneə törətmişdir. Onun və başqa bir neçə polis əməkdaşının Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o, səs-küy salaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra o, tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPX bölüyünün polis nəfəri, polis serjantı X6 şahid X7 izahatına uyğun izahat vermişdir. X1 məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını, qətlə yetirilmiş qızının yas mərasiminin olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Yevlax şəhəri Y.Məmmədəliyev küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin peşmançılığı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 16 fevral 2023-cü il tarixdən saat 22:15-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar